Cümə axşamı , May 2 2024
Ana səhifə / Editor (səhifə 1077)

Editor

“Əlimdə elə səbəblər var ki…” – Nigar Şabanova hərbçi həyat yoldaşından danışdı

“Hər kəs xoşbəxt olmaq istəyir. Hamı sevinərək, xoşbəxt ailə qurur. Düşünmürsən ki, bir gün ailən dağılacaq. Bir qadın ailəsi dağılmasın deyə təkbaşına mübarizə aparırsa, qarşı tərəf üçün əhəmiyyətli deyilsə, ziyanın yarısından qayıtmaq lazımdır. Aylardır bu mövzunu qapalı saxlayıram. 6 ay əvvəl boşanmışıq. Tanınmış insansan, yayılır”. Bu sözləri Əməkdar artist Nigar …

Ətraflı oxu »

Sənay Yağmura təcavüz edən xalası oğluna hökm oxundu

İctimai fəal Sənay Qəhrəmanlını (Sənay Yağmur) zorlamaqda təqsirləndirilən xalası oğlu Əsgər Ağazadənin barəsindəki məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Əsgər Ağazadə 5 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlı cinsi …

Ətraflı oxu »

Sülh müqaviləsinin ilin sonuna qədər imzalanması planlaşdırılır

“Ermənistan və Azərbaycan ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədirlər”. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib. Onun sözlərinə görə, ilin sonuna kimi delimitasiya prosesinin aparılması ilə bağlı razılıq var. Sülh müqaviləsi və delimitasiya bir-biri ilə əlaqəlidir. Qriqoryan qeyd edib ki, sülh müqaviləsinin Ermənistanla Azərbaycan …

Ətraflı oxu »

Natiq Cəfərli: “Xəzərin o tayı bizə Avropa kimi baxır”

“Orta Asiyanın Türk Respublikaları yaxın zamanda dünya siyasətinin mərkəzlərindən birinə çevriləcək. Dünyanın iqtisadi inkişafının “motoru” Asiyaya, Çinə, Hindistana və hər iki dövlətin orbitində olan ölkələrə keçib-keçir, yaxın 20 ildə iqtisadi mərkəz məhz Hind-Sakit okean hövzəsi olacaq”. Bunu ekspert Natiq Cəfərli bildirib. N.Cəfərli qeyd edib ki, yeni modeldə Orta Asiyanın Türk …

Ətraflı oxu »

Problem əhalinin sayında deyil, saya salınmamasındadır

Bir neçə il əvvəl Azərbaycanda Bakı-Sumqayıt sürətli elektrik qatarı istifadəyə verilib. Həmin günlərdə Sumqayıt sakinlərinin əksəriyyəti Bakıya gəlişləri ilə bağlı uzun sürən işgəncələri bitdi deyib, rahat nəfəs aldılar. Heç kimə sirr deyil ki, Sumqayıt sakinlərinin çoxu Bakıda işləyir, bu səbəbdən işə və evə çatmaq çox vaxt və əsəb tələb edirdi. …

Ətraflı oxu »

“Müəllim məktəbə cırıq şalvarla, şagird isə “mercedes”də gəlir”

“Müəllimlərin mütləq rəsmi dövlət statusu və toxunulmazlığı olmalıdır”. Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış rejissor və aktyor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyli deyib.  “Ay başınıza dönüm, bu gün məktəblərdə müəllimləri adam yerinə qoymurlar. Biz vaxtilə dədəmizdən -anamızdan çox müəllimlərdən qorxurduq. İndi müəllim cırıq şalvarla, yamaqla gəlir, uşaq isə “mersedes, cip və …

Ətraflı oxu »

AYB-nin binası kredit qarşılığında girov qoyulub?

“Birlik əvvəlki dövrlərdə də müstəqil qurum kimi kredit götürüb və qaytarıb” Bu ayın sonuna planlaşdırılan Yazıçılar Birliyinin qurultayı ilə bağlı söz-söhbət səngimək bilmir. Ötən gün qurumun sədri xalq yazıçısı Anar qurultay üçün kredit götürüldüyünü etiraf etdikdən sonra yeni bir məlumat daha yayıldı. “Yeni Müsavat”a məlumat verən mənbənin iddiasına görə, kreditin …

Ətraflı oxu »

“Çoxdandır əlimə bu fürsət düşmürdü” – Hüseynbala Mirələmov

“Bədii yaradıcılıqla məşğulam. Yeni romanı yazıb bitirmişəm. Bu yaxınlarda onu çapa verəcəm. Çoxdandır əlimə bu fürsət düşmürdü. Sevə-sevə yazıram, oxuyuram. Yeni romanımın adı “Ağ buludlar içində” olacaq”.  Bunu News24.az-a açıqlamasında sabiq deputat Hüseynbala Mirələmov deyib. Yazıçı vaxtının çoxunu yaradıcılığa sərf etdiyini bildirib. 

Ətraflı oxu »

Həbsdə olan sabiq başçıdan xəbər var

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsindəki hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi başlayıb. APA xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasında ittiham olunan şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib. Müdafiə tərəfi vəsatətlərlə çıxış etmək üçün məhkəmədən vaxt istəyib. Proses oktyabrın 25-də davam …

Ətraflı oxu »

Azərbaycanda ərzaq böhranı gözlənilir? – AÇIQLAMA

“Ölkədə aqrar sektorun inkişafı diqqət mərkəzindədir. Bununla əlaqədar dövlət büdccəsindən ayrılan vəsaitlər artmaqdadır. Gələn ilin dövlət büdcəsində kənd təsərrüfatının inkişafı üçün olan xərclərin bu illə müqayisədə 20.5% artırılması nəzərdə tutulub. Bu da çox yaxşı rəqəmdir”. Bunu Bakupost.az -a Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev gələn il kənd təsərrüfatı və aqrar sektorda görüləcək …

Ətraflı oxu »