Çərşənbə axşamı , May 21 2024
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bank faiz dərəcəsini yenidən aşağı saldı

Mərkəzi Bank faiz dərəcəsini yenidən aşağı saldı

Mərkəzi Bankın qərarı ilə uçot faiz dərəcəsi bu gün 7,5%-dən 7,25%-ə endirilib.
Uçot faiz dərəcəsi sonuncu dəfə bu səviyyəyə 2021-ci ilin dekabr ayında endirilib.
Sonrakı tarixlərdə uçot faiz dərəcəsi davamlı olaraq artıb. 2023-cü ilin may ayında 9% səviyyəsinə kimi yüksəlib. 
Məlumat üçün bildirək ki, uçot dərəcəsinin dəyişdirilməsində əsas məqsədlərdən biri inflyasiya səviyyəsini nizamlamaqdan ibarətdir.
Mərkəzi Bankdan bidirilib ki, 12 aylıq inflyasiya 1% təşkil edib və bu da nəzərdə tutulan hədəfdən aşağı olub. 
Onu da qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi mərkəzi bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank banklara və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (7,25%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən 100 min manatdan əlavə olaraq 7 min 250 manat ödəməli olacaq.
Mərkəzi Banklar bu üsuldan istifadə edərək dövriyyədəki nağd pul kütləsini azaltmağa və bununla da inflyasiyanı cilovlamağa çalışırlar.

Həmçinin oxuyun

50 qəpiklik un niyə 3 dəfə baha satılır?

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən ümumi dəyəri 2 milyon 29,9 min dollar …