Ana səhifə / Dünya / “Ən varlı rusların sərvəti bu ilin əvvəlindən 15,5 milyarddan çox artıb” – “Bloomberg”

“Ən varlı rusların sərvəti bu ilin əvvəlindən 15,5 milyarddan çox artıb” – “Bloomberg”

Rusiyanın ən varlı iş adamlarının sərvəti bu ilin əvvəlindən 15,818 milyard dollar artıb.
Bu barədə “Bloomberg”in Milyarderlər İndeksində deyilir.
Məlumatına görə, ilin əvvəlindən “Eurochem” və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 5,51 milyard dollar qazanıb, onun sərvəti 24,3 milyard dollar təşkil edib.
“Severstal”ın əsas səhmdarı Aleksey Mordaşovun sərvəti 4,86 ​​milyard dollar artaraq 25,8 milyard dollara çatıb.
Eyni zamanda, NLMK-nın direktorlar şurasının sədri Vladimir Lisin 3,62 milyard dollar qazanaraq sərvətini 27,6 milyard dollara çatdırıb.
Qeyd edilir ki, ən böyük itkilərə Rusiyanın nəhəng dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Əlişir Usmanov yol verib. Onun sərvəti 2,24 milyard dollar azalaraq 18,8 milyard dollara düşüb.

Həmçinin oxuyun

Dəmirtaşa 42 il həbs cəzası: “Şərəfsizcə yaşamaqdansa, ölməyi üstün tuturuq”

Mayın 16-da Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaşa hökm oxunub. Bu barədə …