Ana səhifə / Şou Biznes / “Əlimdə elə səbəblər var ki…” – Nigar Şabanova hərbçi həyat yoldaşından danışdı

“Əlimdə elə səbəblər var ki…” – Nigar Şabanova hərbçi həyat yoldaşından danışdı

“Hər kəs xoşbəxt olmaq istəyir. Hamı sevinərək, xoşbəxt ailə qurur. Düşünmürsən ki, bir gün ailən dağılacaq. Bir qadın ailəsi dağılmasın deyə təkbaşına mübarizə aparırsa, qarşı tərəf üçün əhəmiyyətli deyilsə, ziyanın yarısından qayıtmaq lazımdır. Aylardır bu mövzunu qapalı saxlayıram. 6 ay əvvəl boşanmışıq. Tanınmış insansan, yayılır”.

Bu sözləri Əməkdar artist Nigar Şabanova “Elgizlə izlə” proqramında deyib. Xanəndə hərbçi həyat yoldaşı Xəyyam Qaragözovdan ayrılma səbəbini açıqlayıb. O bildirib ki, boşanmasına səbəb nə qısqanclıq, nə də xəyanət olub:
“Kaş elə qısqanc olardı. Nə qısqanclıq, nə xəyanət var. Böyük səbəblər idi. Xəyanət üçün ailə dağılmaz. Qadınlar məni bu açıqlamama görə qınayır, yenə qınasınlar. Bəşər belə yaranıb, özünə hörmət edən kişi qadınına hörmət edər. Adıma görə 2 ildir mübarizə apardım. Qəbul edə bilmirdim ki, ailə necə dağılar? Ayaqda durmağa çalışıram. Özümü məhv etməklə, zəif göstərməklə düzələn deyil. Ailəmdə qısqanclığa yol verəcək qadın deyiləm. Sənin üçün birinci sənət idirsə, ailə qurma. Onun peşəsinə hörmət etdiyim üçün işindən olsun istəmirəm. Əlimdə elə səbəblər var ki… Yaşadığımı heç bir qadına arzulamıram. Yaşadığım 2 ili Allah heç kimin övladına yaşatmasın. Onun illərini verdiyi peşə var, ona hörmət olaraq susuram. Allah onun bundan sonrakı qurbanlarına səbr versin”. Axşam.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …