Ana səhifə / Kriminal / Həbsdə olan sabiq başçıdan xəbər var

Həbsdə olan sabiq başçıdan xəbər var

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsindəki hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasında ittiham olunan şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.

Müdafiə tərəfi vəsatətlərlə çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 25-də davam etdiriləcək.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan müdafiə tərəfi bəraət tələbi ilə apellyasiya şikayəti verib.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …