Şənbə , May 18 2024
Ana səhifə / Sosial / Aİ Azərbaycanda minalardan təmizləmə ilə bağlı yeni təşəbbüslə çıxış edəcək

Aİ Azərbaycanda minalardan təmizləmə ilə bağlı yeni təşəbbüslə çıxış edəcək

Aİ və Azərbaycan yaxın tərəfdaşlar olaraq qalır. Bizim aktiv dialoqumuz davam edir.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko jurnalistlərlə görüşündə deyib. O tərəflər arasında prioritet sahələrin olduğunu deyib.

“Enerji, ticarət sahələri də bunlar sırasındadır. Bu ilin vacib mövzusu olan iqlim dəyişikliyi ilə bağlı da əməkdaşlığımız var”.

Peter Mixalko Azərbaycana COP29-la bağlı dəstək verməyə, bu istiqamətdə təcrübələrini bölüşməyə hazır olduqlarını dilə gətirib.

“Digər Azərbaycan üçün vacib olan sahə minatəmizləmə sahəsidir ki, Aİ bu sahədə ən böyük donorlardan, dəstək verənlərindən biridir. Biz ölkənin müstəqilliyinin ilk illərindən bəri Azərbaycan vətəndaşları üçün vacib olan sahələrdə əməkdaşlıq edirik. Bura qida təhlükəsizliyi, məcburi köçkünlər, iqtisadi əməkdaşlıq sahələri daxildir. Azərbaycanda minalardan təmizləmə ilə bağlı yeni təşəbbüsü bu günlərdə elan edəcəyik”.

Səfir qeyd edib ki, Aİ Azərbaycanın ən fəal tərəfdaşlarındandır və bu tərəfdaşlıq ortaq prioritetlərə və dəyərlərə əsaslanır.

Həmçinin oxuyun

Pensiya və müavinətlər nə qədər artacaq?

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr …