Ana səhifə / Editor (səhifə 1079)

Editor

Bakıda kredit faizləri regionlardan iki dəfə yüksəkdir – VİDEO

“Bakıdan fərqli olaraq regionlarda kreditlər daha yüksək fazilə təklif edilir”. Bunu “Xəzər Xəbər”ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, kredit faizləri üzrə ən aşağı göstərici Bakıda və Naxçıvanda qeydə alınıb. Bu göstərici paytaxtda 10.68, Naxçıvanda isə 13.04 faizdir. Millət vəkili deyib ki, orta faiz hesablanan zaman bura …

Ətraflı oxu »

“Gənclərimizə sərbəst ünsiyyət üçün rus dili lazımdır” – Qüdrət Həsənquliyev

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev ilə müsahibəni oxuculara təqdim edirik: – Qüdrət bəy, Rusiyalı milyarder Ruben Vardanyanın Qarabağa köçməsi və Azərbaycan dövlətinə meydan oxumasını necə qarşıladınız? – Biz kamera qarşısında başından böyük danışan, insanları ağır cinayətlərə sürükləyən, bizi tanklarla Bakıya gələcəyi ilə hədələyən, sonra isə ağlayan çox erməni görmüşük. …

Ətraflı oxu »

Bakıda nəqliyyat dəhlizləri üzrə üçtərəfli görüş keçiriləcək

Sentyabrın 8-9-da Bakıda regional nəqliyyat dəhlizləri, xüsusilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Rəşt-Astara dəmir yolu xətti üzrə İran, Rusiya və Azərbaycanın üçtərəfli görüşü keçiriləcək. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın “Tasnim” xəbər saytı məlumat verib. İclasda İran, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri, eləcə də İranın nəqliyyat nazirinin iştirakı …

Ətraflı oxu »

Rusiyanın Qarabağdakı hərbçiləri nə işlə məşğuldurlar? – Video

“Biz haradayıqsa, orada sülh var!”. Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti “Sülhməramlı” Telegram kanalında yazıb. Rusiya sülhməramlıları video paylaşaraq Qarabağda öz missiyalarını yerinə yetirməyə davam etdiklərini bildirirlər. “Rusiya sülhməramlı hərbi qulluqçuları Qarabağda atəşkəs rejiminə riayət olunmasına nəzarət və monitorinq tapşırıqlarını yerinə yetirməkdə davam edirlər. Onlar mülki avtomobillərin hərəkəti, …

Ətraflı oxu »

Reyddə polis əməkdaşına əl-qol atan şəxsin kimliyi bəlli oldu – VİDEO

Editor.az-ın Milli Məclisin deputatı Məşhur Məmmədovun sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən reyd zamanı saxlanılması ilə bağlı xəbəri media və sosial şəbəkələrdə geniş reaksiya doğurdu. Deputatın yaxın ətrafı sosial şəbəkələrdə yayılan görüntülərin bir neçə il öncəyə aid olduğunu əsas gətirərək millət vəkilinə haqq …

Ətraflı oxu »

Bakıda Xalq artisti Tofiq Quliyevin abidəsinin postamenti quraşdırılır (FOTO)

Görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin abidəsinin postamenti quraşdırılır.Ərazidə işçilər son quraşdırma işlərini həyata keçirir. Yaxın günlərdə abidənin ucaldılacağı gözlənilir. Qeyd edək ki, abidə köhnə “Bakı” Mehmanxanasının yerində salınmış parkda ucaldılacaq.Abidənin müəllifi heykəltaraş Tural Rzaquliyevdir.

Ətraflı oxu »

“Bəlkə də deyəcəklər ki, bu bizim müalicə metodumuzdur”

Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində baş verənlər sözün həqiqi mənasında cəmiyyəti silkələyib.  Xəyalə Məmmədova da övladını 1 ildən çoxdur ki, nitqindəki geriləmə səbəbilə psixoloq yanına göndərir: “Bu cür dərslərin qiyməti saatına görə təyin edilir. Biz bir saata görə 22 manat ödəyirdik. Maraqlanmışam, daha yüksək qiymətə olanlar da var. …

Ətraflı oxu »

“Niyaməddin Musayev də “Avroviziya”ya getsin, potensialı var”

Əməkdar artist Cavanşir Məmmədov “Avroviziya” musiqi yarışmasına qatılmaq istəyi ilə bağlı daha bir açıqlama verib. Belə ki, müğənni bu haqda “Evinizin qonağı” proqramında danışıb. O bildirib ki, açıqlaması düzgün anlaşılmayıb:”Sual verdilər ki, “Avroviziya”ya gedərsiniz? Cavab verdim bəli. Gördüm bir az düşünülmədən deyilib… Tək getmirəm axı. Orada tək Firuzə İbadova il oxumuram ki… Gedirəm Səidə …

Ətraflı oxu »

General Elçin Quliyev gülə-gülə ağlayır…

Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Elçin Quliyevin səhhətində problemlər yaranıb. Bu barədə məlumatı “Müdafiə xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov verib. O özünün Feysbuk səhifəsində yazıb: “Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev özünü dəliliyə qoyub, ya …

Ətraflı oxu »

“Kimsə qayğı göstərirsə, o demək deyil ki, pozğunam” – Renka

Tanınmış rəqqasə Renka (Rəna Ağamuradova) sosial şəbəkədə onu tənqid edənləri qınayıb. Renka instaqramda əlində gül ilə paylaşdığı fotosuna mənfi rəy yazan xanımlara bu cür reaksiya verib: “Mən sənətçiyəm, eyni zamanda xanımam. Kimsə mənə qayğı göstərirsə, o demək deyil ki, pozğunam. Mənə hələ də çatmır, bu, nə fikirlərdir? Gülü sevib alıramsa, …

Ətraflı oxu »