Ana səhifə / 2018 / Mart (səhifə 133)

Monthly Archives: Mart 2018

“Azərbaycan dilinin qrammatikasının yenidən yaradılması üzərində iş aparılır”

“Müasir Azərbaycan dilinin qrammatikasının yenidən yaradılması üzərində işlər aparılır”. “Report” xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Milli Terminoloji veb-portalının təqdimat mərasimində deyib. O bildirib ki, Dilçilik İnstitutunda bir neçə lüğətin hazırlanması üzərində iş gedir: “Orfoqrafiya lüğətinin layihəsinin hazırlanması üzərində üç aydır iş gedir. Artıq işçi qrupu layihə üzərində …

Ətraflı oxu »

“Ödəniş elə də dəqiq yadımda qalmayıb” –”Leyla Şıxlinskaya” klinikası ilə bağlı məhkəmə prosesi

“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləmiş Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Yaqub Əliosmanov ifadə verib. O, təqsirləndirilən şəxsləri …

Ətraflı oxu »

İsa Qəmbər Ankarada pnevmoniya və beyin qanamasından müalicə olunur

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər Ankaradakı Hacettepe xəstəxanasının nevrologiya bölümündə “pnevmoniya nəticəsində yoluxduğu bir infeksiyadan” müalicə olunur. BBC Azərbaycancaya bölümdən deyiblər ki, İsa Qəmbər “fevralın 28-də sərnişin təyyarəsi ilə, Mərkəzi Klinikanın bir həkiminin müşayiəti ilə Bakıdan gətirilib”. Bölümdən məlumat veriblər ki, 3 gün əvvəl İsa Qəmbər hərarəti yüksəldiyindən profilaktik …

Ətraflı oxu »

Rusiyanın Suriyada təyyarəsi qəzaya uğrayıb – 39 NƏFƏR ÖLÜB

Bu gün Bakı vaxtı ilə təxminən saat 16-da Suriyadakı Hmeymim aviabazasına 500 metr məsafədə Rusiya Silahlı Qüvvələrinə məxsus An-26 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Nəticədə 39 nəfər ölüb. Təyyarə qəzaya uğrayarkən silahlı qüvvələrin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov da bazada olub. Virtualaz.org xəbər verir ki, bu barədə RBC …

Ətraflı oxu »

Növbə universitetlərin balansında olan obyektlərə çatdı

Azərbaycanda bir sıra təhsil müəssisələrinin balansında olan yardımçı təsərrüfatların özəlləşdirilməsinə başlanılıb. Bu proses dövlət əmlakının qismən və ya tam özəlləşdirməsi, büdcədən maliyyələşən təsərrüfatlarda büdcə yükünün azaldılması çərçivəsində həyata keçirlir. Virtualaz.org xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirmə portalında 2018-ci ildə özəlləşdiriləcək əmlakların siyahsınında Bakı Dövlət Universitetinin Xızı rayonunda yerləşən …

Ətraflı oxu »

Polkovnik təqaüdə göndərildi –Polis idarələrində dəyişiklik

Daxili işlər orqanlarında yeni təyinatlar olub. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantl Çingiz Osmanov tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib. Onun yerinə Sabunçu PPİ-nin baş müstəntiqi vəzifəsində çalışanpolis mayoru Hikmət Vəliyev təyin edilib. Nərimanov RPİ-nin müstəntiqi, polis kapitani Abdulsəməd Cəfərov vəzifəsindən azad olunaraq Səbail RPİ-nin baş əməliyyat müvəkkili təyin olunub./Report/

Ətraflı oxu »

Üç gün komada qalan deputat: Can sağlığı dəyərli nemət imiş

Şükür Allaha, vəziyyətim yaxşılaşıb, müalicəm davam edir və bu yaxınlarda yenidən işimin başına qayıdacağam. Bu sözləri Oxu.Az-a açıqlamasında bir müddət öncə ürəyində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən və komaya düşən Milli Məclisin deputatı Nəriman Əliyev deyib. O bildirib ki, narahat olunası bir durum yoxdur və hər şey qaydasındadır: “İndiki durumum, …

Ətraflı oxu »

Jirinovski: “Diktatura Rusiyaya xoşbəxtlik gətirəcək”

Rusiya Qərblə güc dilində danışmalıdır. Axar.az xəbər verir ki, prezidentliyə namizəd olan Vladimir Jirinovski seçkiqabağı debatlarda diktatura rejimini dəstəklədiyini bildirib: “Qərblə başqa dildə danışmaq lazımdır. Güc və ya ultimatum dili ilə… Biz Ukraynayla əlaqəni çoxdan kəsməliydik. Ora qaz verilişini çoxdan dayandırmalıydıq. Yalnız ultimatum, güc, diktatura, sərtlik bizim zəngin və xoşbəxt …

Ətraflı oxu »

Millimiz Ukrayna yığmasına qalib gəldi

Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycanın futbol millisi yoldaşlıq oyunu keçirib. “Dalğa Arena”da keçirilən oyunda millimiz Ukrayna yığması ilə qarşılaşıb. Oyun komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu Birgul Çelik vurub.

Ətraflı oxu »

Bu qış dəm qazından zəhərlənənlərin sayı azalıb

Bu il qışın daha mülayim keçməsi ilə əlaqədar dəm qazından zəhərlənənlərin sayı ötən illə müqayisədə azalıb. Azinforum.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, bu ilin yanvar ayında 18, fevral ayında 15 nəfər dəm qazından zəhərlənib. Mart …

Ətraflı oxu »