Azinforum.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, bu ilin yanvar ayında 18, fevral ayında 15 nəfər dəm qazından zəhərlənib. Mart ayının indiyədək olan dövrü ərzində (martın 6-dək) isə 4 nəfər dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

A.Maqsudov əlavə edib ki, KTM-ə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlər daha çox 25-40 yaşlı insanlardır. Müraciət edənlər arasında qadınlar üstünlük təşkil edir:

“Ötən il hava soyuq keçdiyindən yalnız fevral ayında 26 nəfər dəm qazından zəhərlənmişdi. Həmçinin mart ayında da hava soyuq keçdiyindən dəm qazından zəhərlənənlərin sayı indikindən 2 dəfə çox idi”.

Şöbə müdiri bildirib ki, KTM-ə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlər Bakı şəhəri və onun ətraf ərazilərində yaşayan insanlardır: