Cümə axşamı , May 23 2024
Ana səhifə / Dünya / Gürcüstan prezidenti Avropadan KÖMƏK İSTƏDİ

Gürcüstan prezidenti Avropadan KÖMƏK İSTƏDİ

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün Tbilisidəki iqamətgahında toplaşdığı Avropa İttifaqına üzv ölkələrin səfirlərindən “xarici agentlər haqqında qanun”un qəbuluna cəhdlə bağlı yaranmış vəziyyət fonunda həmin ölkələrin liderlərindən Tbilisiyə səfər etmələrini xahiş edib.

Bu barədə  NewsGeorgia məlumat verib.

O, “Gürcü Arzusu”nun banisi Bidzina İvanişvilinin son çıxışını “çox təxribatçı” və Qərb tərəfdaşlarına qarşı yönəlmiş çıxış kimi qiymətləndirib.

Prezident xarici agentlər haqqında qanunun yenidən işə salınmasını “zorakılıq” və “Avropa İttifaqının qapılarını açıq görməyə şad olan” insanlara qarşı “təxribat” adlandırıb: “Avropa İttifaqı uzunmüddətli perspektivi ən yaxşı şəkildə təmin edə bilər”.

Həmçinin oxuyun

Moskvada miqrantlar arasında qanlı dava: ölən və yaralananlar var – VİDEO

Moskvanın Biryulevo rayonunda kütləvi dava baş verib. Bakupost. az teleqram kanallarına istinadla xəbər verir ki, …