Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Rusiyanın Suriyada təyyarəsi qəzaya uğrayıb – 39 NƏFƏR ÖLÜB

Rusiyanın Suriyada təyyarəsi qəzaya uğrayıb – 39 NƏFƏR ÖLÜB

Bu gün Bakı vaxtı ilə təxminən saat 16-da Suriyadakı Hmeymim aviabazasına 500 metr məsafədə Rusiya Silahlı Qüvvələrinə məxsus An-26 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Nəticədə 39 nəfər ölüb.

Təyyarə qəzaya uğrayarkən silahlı qüvvələrin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov da bazada olub.

Virtualaz.org xəbər verir ki, bu barədə RBC agentliyinə Rusiya Müdafiə Nazirliyindəki iki ayrı mənbə bildirib. Məlumatı nazirliyə yaxın digər mənbə də təsdiqləyib. Lakin general Gerasimovun hansı məqsədlə Suriyaya səfər etdiyi barədə məlumat verilmir. Mənbələr deyiblər ki, Baş qərargah rəisinin qəzaya uğrayan təyyarədə olmadığı dəqiqdir.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …