Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / “Ödəniş elə də dəqiq yadımda qalmayıb” –”Leyla Şıxlinskaya” klinikası ilə bağlı məhkəmə prosesi

“Ödəniş elə də dəqiq yadımda qalmayıb” –”Leyla Şıxlinskaya” klinikası ilə bağlı məhkəmə prosesi

“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləmiş Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Yaqub Əliosmanov ifadə verib.

O, təqsirləndirilən şəxsləri tanımadığını, 2012-ci ildə uşağını “Leyla Şıxlinskaya” klinikasında əməliyyat etdirdiyini deyib

Şahidin sözlərinə görə, əməliyyatla bağlı klinikaya təxminən 500 manata yaxın ödəniş edib: “Müddət keçdiyi üçün etdiyim ödəniş elə də dəqiq yadımda qalmayıb”.

Digər şahid Zaur Əsgərov bildirib ki, “Leyla Şıxlinskaya” klinikasında həyat yoldaşı qeysəriyyə əməliyyatı keçirilib, ora isə 1500 manat ödəyib.

Şahid Larisə Hüseynova isə qeyd edib ki, daha əvvəl klinikada tibb bacısı vəzifəsində çalışıb, əməkhaqqısını kassadan alıb.

Növbəti proses martın 14-də davam edəcək.

“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.

Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.

“Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın vergidən 8 milyon manat yayındırdığı aşkarlanıb. Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır/Teleqraf.com.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …