Çərşənbə , May 22 2024
Ana səhifə / Kriminal / Saxta “Fairy”, “Domestos”, “Ariel” hazırlayan sex aşkarlandı – Video

Saxta “Fairy”, “Domestos”, “Ariel” hazırlayan sex aşkarlandı – Video

Abşeron rayonunun Saray qəsəbəsindəki gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, Tural Müseyibov, Vüsal Xankişiyev, Şamil Elçiyev, Elnur Aslanov, İlqar Əhmədov və Yaşar Osmanov rayonun Saray qəsəbəsindəki gizli sexdə kimyəvi tərkib elementləri məişətdə istifadə edilməsi üçün nəzərdə tutulan həddən dəfələrlə yüksək olan, buna görə də insan sağlamlığına zərərli təsir göstərməyə malik yuyucu vasitələr hazırlayıblar. Dəstə üzvləri yuyucu vasitələri Bakı şəhərinin Nəsimi rayonu ərazisində və respublikanın müxtəlif rayonlarındakı satış nöqtələri vasitəsilə topdansatışını təşkil etməklə istehlakçıları aldadıblar.
Nəzarət tədbirləri ilə sexə və satış yerlərinə baxış zamanı xeyli sayda “Perwol”, “Peros”, “Fairy”, “Domestos”, “Ariel”, “Ace”, “İpək”, “Elidor”, “Head & Shoulders” və sair əmtəə nişanlı qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün nəzərdə tutulan avadanlıqlar, xammal, qablaşdırma materialları və etiketlər aşkarlanaraq götürülüb.
Təyin edilən ekspertizalar zamanı aşkarlanan təmizləyici vasitələrin tərkibinin keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələblərinə uyğun gəlmədiyi və bununla da əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.
Aşkarlanan faktla bağlı araşdırmalar davam etdirilir.


Həmçinin oxuyun

Nəcməddin Sadıkov bu dəfə məhkəməyə gətirilə bilər

Hüquqşünas bildirib ki, həbsdəkilərin generalla bağlı səsləndirdiyi ittihamlar mütləq araşdırılmalıdır  Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş …