Çərşənbə , May 22 2024
Ana səhifə / Kriminal / Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.
Məhkəmə iddiası mərhum akademik Aqil Əliyevin oğlu İlqar Əliyev və Məmmədov İlham Almas oğlu tərəfindən qaldırılıb.
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına verilib. Məhkəmə iddiasının mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlı qaldırıldığı bildirilir.
Məlumat üçün qeyd edək ki, ötən ilin yanvar ayında Şahbazov Şahbaz Qara oğlu İlqar Əliyev və İlham Məmmədov barəsində iddia qaldırıb.
Mətbuatda yer alan məlumatlardan belə görünür ki, bir-biri barəsində qarşılıqlı iddialar qaldıran bu şəxslər arasında daha əvvəl işgüzar və şərikli biznes münasibətləri olub. Artıq bir neçə ildir ki, tərəflər arasında məhkəmə çəkişməsi davam edir.
Şahbaz Şahbazov özünə qarşı qanunsuz ittihamların irəli sürüldüyünü deyərək, məcburiyyət qarşısında ölkəni tərk etdiyini söyləyir. Ona qarşı bir neçə maddə ilə cinayət işi açılıb. Qeyd edək ki, İlqar Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı Aqil Əliyevin oğludur.

Həmçinin oxuyun

Nəcməddin Sadıkov bu dəfə məhkəməyə gətirilə bilər

Hüquqşünas bildirib ki, həbsdəkilərin generalla bağlı səsləndirdiyi ittihamlar mütləq araşdırılmalıdır  Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş …