Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Növbə universitetlərin balansında olan obyektlərə çatdı

Növbə universitetlərin balansında olan obyektlərə çatdı

Azərbaycanda bir sıra təhsil müəssisələrinin balansında olan yardımçı təsərrüfatların özəlləşdirilməsinə başlanılıb. Bu proses dövlət əmlakının qismən və ya tam özəlləşdirməsi, büdcədən maliyyələşən təsərrüfatlarda büdcə yükünün azaldılması çərçivəsində həyata keçirlir.
Virtualaz.org xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirmə portalında 2018-ci ildə özəlləşdiriləcək əmlakların siyahsınında Bakı Dövlət Universitetinin Xızı rayonunda yerləşən pansionatı, “Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu” MMC, Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba və Sabunçu rayonlarında yerləşən yardımçı təsərrüfatları da yer alıb.
Bəs BDU-nun Altıağac kəndində yerləşən, tələbə və müəllim heyətinin güzəştli qiymətlərlə istirahət edə bildikləri müəssisə niyə hərraca çıxarılır? Özəlləşmədən sonra pansionatın necə fəaliyyət göstərəcək? Bu sualla Bakı Dövlət Universitetinə müraciət etsək də, universitetdən heç bir şərh vermək istəmədilər.
Qeyd edək ki, Altıağacda yerləşən BDU-nun Tədris-təcrübə bazası 1990-cı ildən fəaliyyət göstərir. 2001-ci ildə əsaslı təmirdən sonra isə həm də professor-müəllim heyətinin istirahəti üçün istifadə edilir. Bakıdan 120 km məsafədə, dəniz səviyyəsindən təxminən 1100 metr yüksəklikdə yerləşən ərazi nin mülayim-isti iqlimi var.
Xatırladaq ki, BDU-nun tələbə və müəllim heyəti üçün digər istirahət mərkəzi – Quba Tədris-təcrübə və istirahət mərkəzi isə universitetin balansında qalır.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …