Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Vilyam Hacıyev nədə ittiham olunur?

Vilyam Hacıyev nədə ittiham olunur?

1995-ci ildən 79 saylı seçki dairəsi üzrə parlament seçkilərinin aktiv iştirakçısı olmuşam. Lakin 2015-ci ilin noyabrın 1-də səsvermə, səslərin hesablanması və seçkilərin nəticələrinin rəsmiləşdirilməsi proseslərində olan qanun pozuntularını, Seçki  Məcəlləsinin tələblərininn bu qədər aşağılanmasını heç vaxt müşahidə etməmişəm.
Bütün qanun pozuntularına rayon İH rəhbərlik edirdi
79 saylı dairədən 9 namizəd seçkiyə qatılsa da, onlardan birinə – YAP namizədi Ə. Qasımova xüsusi “imtiyaz” verilmişdi. Dairə seçki komissiyasının sədri başda olmaqla İH-nin aparatı, yerli strukturları, bələdiyyələr, yerli idarə, müəssisə rəhbərləri onun adının qutudan çıxması üçün mümkün olan bütün vasitələrdən istifadə etdilər. Təkcə 1 faktı göstərmək istərdim. 14 saylı məntəqədə YAP namizədinin adına işarələnmiş 24 ədəd bülletenlər qutuya atılan zaman yaxalanıb və aydın olub ki, bülletenləri atan komissiya üzvü 79 saylı DSK-nın sədrinin oğludur. Ona bu bülletenləri verən 14 saylı məntəqənin rəhbəri isə rayon İH-nin başçısının birinci müavinin xanımının bacısıdır. Təkcə bu fakt məntəqələrdəki bütün seçki qanunsuzluqlarının başında İH-nin və DSK-nın rəhbərlərinin dayandığını aydın göstərir.
Yeri ğəlmişkən onu da qeyd edim ki, 79 saylı dairənin rəhbəri məntəqələrə öz qohum-əqrəbalarını yerləşdirib. Oğlu 14 saylı məntəqənin üzvü, qardaşı 12 saylı məntəqənin üzvü, yeznəsi isə 9 saylı məntəqənin üzvüdür. Bu bizim təsadüfən öyrəndiyimiz faktlardır. Və əminəm ki, araşdırılsa daha ciddi faktlar ortaya çıxacaq. Qohum-əqrəbadan ibarət olan komissiyalar sizcə ədalətli seçki keçirə bilərmi???
Seçicilər açıq şəkildə pulla ələ alınırdı
Əvvəllər gizli şəkildə baş verən qanun pozuntuları indi açıq şəkildə, heç kimdən çəkinmədən həyata keçirilirdi. İnsanlar pulla ələ alınaraq məntəqələrə gətirilir, nəinki məntəqənin həyətində, hətta səsvermə otağında və gizli səsvermə kabinələrində belə YAP namizədinə səs verməyə məcbur edilirdilər.
 
Başqa yerdə qeydiyyatda olan insanlar şəhər məntəqələrinin hamısında səs  verdilər
Müşahidəçilərimin təqdim etdiyi aktlardan da görünür ki, seçki günü bir avtobusda olan çoxsaylı insanlar İmişlinin mərkəzində yerləşən 15 məntəqənin hamısında səs veriblər. Və təbii ki, əlavə siyahılarda qeydə alınıblar. Siyahılarda 5-10 adam olsaydı mən bu məsələyə bəlkə də toxunmazdım. Ancaq şəhər məntəqələri üzrə əlavə siyahılardakı insanların sayı əsasən 50-60 nəfər, bəzi məntəqələrdə isə 90-100 nərər civarındadır. Əvvəla, əgər bütün məntəqələr üzrə əlavə siyahılarda olan insanların sayı 1163 nəfərə çatıbsa, o halda sual olunur – 2 ay əmək haqqı alan komissiya üzvləri bu 2 ayda nə işlə məşğul olublar? Axı qanuna görə onlar seçkiyə 35 gün qalmış seçici siyahılarını dəqiqləşdirməli idilər. Digər tərəfdən isə, əslində o siyahıda olanlar başqa yerdən gətirilmiş insanlardır və kiçik bir yoxlama siyahılardakıların eyni adamlar olduğu aydın göstərər.
 
Seçki saxtakarlığını MSK-nın saytındakı rəqəmlər də təsdiq edir
Seçici fəallığı haqqında MSK-na verilən rəqəmləri təhlil etsək, saxtakarlığı elə bu sənədlərdən də görmək mümkündür. Təkcə 1 faktı göstərmək istərdim. MSK-nın saytından görünür ki, 79 saylı dairənin 1 saylı məntəqəsində saat 12-dən 15-ə qədər 395 nəfər səs veribdir. Bu o deməkdir ki, qeyd edilən məntəqədəki seçicilərin hər biri 27,3 saniyəyə səs veribdir. Məgər 1 seçici 27,3 saniyəyə səs verə bilərmi??? Əgər hesab etsək ki, onlara 3 nəfər komissiya üzvü fasiləsiz, hətta naharsız xidmət edibdir, o halda müddət artaraq 1dəqiqə 22 saniyə edir. Hər saatda səs verən 130 nəfərin yaratdığı növbəliliyin çətinliyini, insanların əlavə siyahıya alınmasını, məntəqədəki şəraitsizliyi və digər çətinlikləri nəzərə almasaq belə, seçicilərin  1 dəqiqə 22 saniyəyə səs verməsi də qeyri mümkündür. Təkcə bu fakt qutulara çoxlu sayda bülletenlərin doldurulduğunu bir daha təsdiq edir. Onu da qeyd edim ki, bu məntəqədəki qanun pozuntularına görə məntəqənin katibi yekun protokola imza atmaqdan imtina edib.
MSK şikayət ərizəsinin mənim iştirakımla müzakirə etməkdən çəkindi
79 saylı dairədə səsvermə, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi zamanı baş verən kütləvi qanun pozuntuları barədə 44 akt, həmçinin 2 şəxs tərəfindən qutuya atılarkın yaxalanan və YAP namizədinin adına işarələnmiş 34 ədəd bülleten və dairənin 5 mıntəqəsi üzrə qanun pozuntularını əks etdirən 9 video görüntünü özündə birləşdirən 2 ədəd disk araşdırılmaq üşün MSK-ya təqdim edilmişdi. Araşdırmada mənim iştirakım təmin edilsə də, müzakirəni məndən gizlin saxladılar. İclasın vaxtı haqqında əvvəlcədən xəbər veriləcəyi vədi verilməsinə baxmayaraq, müzakirə mənin iştirakım olmadan təşkil edildi. İclasa dəvət edilməməyimin səbəbi barədə verdiyim sualın cavabı qısa oldu: “Bağışlayın, işimiz çox olduğundan Sizə məlumat vermək, sadəcə olaraq yadımızdan çıxıbdır”.
Seçki şikayətim barədə Appelyassiya məhkəməsindəki müzakirə  məhkələrimizin ədələt anlayəşına yabançı olduğunu bir daha təsdiq etdi
19 noyabr 2015-ci il tarixdə, günün 2-ci yarısında saat 16.30-da Şirvan Appelyasiya məhkəmsinin katibliyindən telefonla mənə məlumat verildi ki, şikayətimlə əlaqədar məhkəmə iclası 1 saat sonraya, yəni saat 17.30- a təyin edilibdir.  İmişlidə yaşadığımı  nəzərə alaraq iclasın vaxtını dəyişdirmək cəhdim uğursuz oldu. Çətinliklə də olsa məhkəmə iclasına vaxtında yetişə bildim. Mənim 15 dəqiqəlik çıxışım nəzərə alınmazsa, məhkəmənin başlanması ilə qurtarması 4-5 dəqiqə çəkdi. MSK-ya təqdim etdiyim çoxsaylı sübut-faktları tələb etməyən, məhkəmə iclasında hətta MSK-nın nümayəndəsinin belə iştirakını təmin etməyən hakim mənim 6 vərəqədən ibarət olan şikayət ərizəmi 3-4 dəfə sağa-sola vərəqləyəndən sonra şikayətimin əsassız olması haqqında MSK-nın qərarının qüvvədə saxlanıldığını elan etdi.
Müraciətimin növbəti ünvanı Ali Məhkəmədir. Yəqin ki, bu məhkəmə prosedurunu da keçəndən sonra mən canım qədər sevdiyim Dövlətimi son 5 ilin müddətində ikinci dəfə beynəlxalq məhkəməyə verməli olacağam..Ürək ağrısı ilə, təbii ki.
Parlament seşkilərindən artıq 22 gün keçibdir. İstər-istəməz 22 gün əvvəl törədilən kütləvi qanun pozuntularını xatırlamalı oluram. Rayonun Hacalmuradlı kəndində yerləşən seçki məntəqəsində təsadüfən şahidi olduğum epizodu, məntəqə seçki komissiyasının sədri vəzifəsinə gəlir mənbəyi kimi yanaşan məntəqə sədrinin sözlərini xatırlamaq isə üzücüdür. YAP namizədinin adı işarələnmiş 17 ədəd bülletenin qutuya atılmasına mane olmaq cəhdim məntəqə sədrinin mənə qarşı fiziki təzyiqləri ilə müşaiyət olundu. Ancaq məni ağrıdan bu fiziki təzyiqlər deyil, ölkənin qanunverici orqanının formalaşdırılmasında cavabdeh şəxslərdən biri olan məntəqə sədrinin “A qardaş, niyə imkan vermirsiniz indiki ağır dövrdə balalarımız üçün çörək pulu qazanaq?” deməsi idi…
Yaxın dostlardan birinin dediyi kimi, döğrudan da Azərbaycanın seçki sistemi özünün ağır böhran mərhələsini yaşayır…
İltizam Əkbərli, keçmiş millət vəkili və deputatlığa keçmiş namizəd

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın