Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Bu, Mikayıl Cabbarova etimadsızlıqdırmı?

Bu, Mikayıl Cabbarova etimadsızlıqdırmı?

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının – ISESCO-nun İcraiyyə Şurasının 36 – cı sessiyası və 12 – ci Baş Konfransı 23 – 27 – də Bakıda keçiriləcək. Bu təşkilatın üzvü olan 50 ölkənin 18 – nin təhsil nazirləri konfransda iştirak edəcək. ISESCO – nun bu mötəbər tədbirində təşkilatın baş direktoru yenidən seçiləcək. Maraqlıdır ki, tədbirin koordinatoru Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevdir. Təhsil nazirlərinin iştirak etdiyi tədbirin təşkilatçısının mədəniyyət və turizm naziri seçilməsi xeyli suallar doğurur. Görünür ki, belə mötəbər tədbirin yüksək səviyydə təşkil olunması Təhsil Nazirliyinə etibar olunmayıb…. 

Moderator.az – ın əməkdaşı məsələ ilə bağlı tanınmış təhsil eksperi, fəlsəfə doktoru Etibar Əliyevin fikrini öyrənib: “Mən bunu təşkilatçılıqdakı fərqliliklə əlaqələndirməzdim. ISESCO – özündə təhsil, elm və mədəniyyət kimi 3 böyük sahəni birləşdirir və təşkilatçılığın bu 3 qurumun hansına həvalə olunması bir o qədər əhəmiyyət kəsb etmir. Səhv etmirəmsə bu ilin avqustun 27 – də mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ISESCO – nun Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Və həmin görüşdə bu ilin noyabrın 23 – 27 – də Bakıda keçiriləcək ISESCO İcraiyyə Şurasının 36 – cı sessiyası və 12 – ci Baş Konfransı ilə bağlı təşkilati məsələlər müzakirə edilib. Yəni qəfildən hansısa quruma etimadsızlıq göstərilib demək doğru deyil. Əsas odur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İslam dünyasında həmrəyliyə, əməkdaşlığın inkişafına və İslam mədəni irsinin qorunmasına xüsusi qayğı göstərirlər”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın