Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Sosial / İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN – 1300025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur.
Bu barədə Yeniavaz.com-a “Aquavita”da çalışan işçilər məlumat veriblər.
Qeyd edək ki, daha əvvəl də ölkə mətbuatında bu barədə çoxsaylı məlumatlar dərc olunub. Aşağıdakı keçidlərə daxil olaraq onlardan bəziləri ilə tanış ola bilərsiniz:

“TAC” MMC maaşımı vermir – GİLEY 
“Aquavita” şirkətində narazılıq – İşçilər maaş üzünə həsrət qalıb
“Aquavita” şirkəti bizi şərləyib çıxartdı, 11 ayın maaşını da vermirlər”- İŞÇİLƏRİN ETİRAZI
Şirkət rəhbərliyi qanunlara meydan oxuyur

Hətta əmək haqqı ala bilmədikləri üçün şirkəti məhkəməyə verən işçilər də olub. Məsələn, ötən il “Tac” MMC-nin işçisi olmuş Qarayev Xasay Bəhrəm oğlu əmək haqqını ala bilmədiyi üçün Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb.
Səslənən iddialarla bağlı məlumat almaq üçün “Tac” MMC-nin rəsmi saytında yer alan əlaqə telefonlarına zəng etsək də, şirkət əməkdaşları açıqlama verməkdən imtina etdilər.

Həmçinin oxuyun

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında …