Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Kriminal / Vardanyan həbsxanada aclığı dayandırdı

Vardanyan həbsxanada aclığı dayandırdı

Bakıda həbsdə olan milyarder və qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş “hökumət başçısı” Ruben Vardanyan aclıq aksiyasını dayandırıb.
Bu barədə onun ailəsinin yaydığı açıqlamada bildirilir.
“Ruben Vardanyanın ailəsi nəhayət ki, səhhəti pisləşdiyi üçün onu aclıq aksiyasını dayandırmağa razı sala bilib. Qısa söhbət zamanı Ruben Vardanyan ailəsinin xahişlərinə boyun əydi və yaxınlarının dincliyi naminə aclıq aksiyasını dayandırmağa könülsüz razılıq verdi”, – məlumatda bildirilir.
Xatırladaq ki, Vardanyanın ailəsi daha öncə onun aprelin 5-dən aclıq aksiyasına başladığı barədə məlumat yayıb.
Qeyd edək ki, Ruben Vardanyan 2022-ci ilin sentyabrında həmin vaxt Rusiya Sülhməramlı Kontingentinin nəzarətində olan Qarabağa köçüb. O, noyabrın 4-də qondarma DQR-in “dövlət naziri” təyin edilib, 2023-cü il fevralın 23-də isə o bu “vəzifə”dən azad edilib. Vardanyan 2023-cü ilin 27 sentyabrında Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları çərçivəsində həbs edilib.
Hazırda o, qondarma rejimin keçmiş “liderləri” ilə birlikdə Bakıda həbsdədir. Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Azərbaycanlı vəkil həbs edildi – keçmiş prokurorun 10 il əvvəl etdiyi şikayəti əsasında

Azərbaycanlı vəkil və tanınmış hüquq müdafiəçisi Mustafa Türk Həmədani həbs edilib.Axar.az xəbər verir ki, bu barədə …