Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / TBMM-nin yeni sədri məlum oldu

TBMM-nin yeni sədri məlum oldu

Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi ilə bağlı səsvermə başlayıb.

Moderator.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, TBMM üzvləri müvəqqəti sədr Dəniz Baykalın başçılığında bir araya gəlib.

TBMM sədrliyi üçün AKP-nin İstanbul üzrə millət vəkili İsmayıl Qəhrəman, CHP-nin Ankara üzrə millət vəkili Ayşe Gülsün Bilgehan, MHP-nin Kayseri üzrə millət vəkili Yusuf Halaçoğlu və HDP-nin İstanbul üzrə millət vəkili Dengir Mir Mehmet Fırat yarışıb.

Seçkilərdə 367 səsi heç bir partiya nümayəndəsi yığa bilməyib. Seçkilərin ikinci turuna start veriləcək.

Seçkilərin ikinci turunda da heç bir partiya lazım olan 367 səsi toplaya bilməyib. AKP 318, CHP 126, HDP 40 və MHP 39 səs toplayıb. Səsvermənin üçüncü turuna start verilib. Bu dəfə namizədlərin 276 səs toplaması vacindir.

Səsvermənin 3-cü turunda AKP-nin İstanbul üzrə millət vəkili İsmayıl Qəhrəman TBMM-nin sədri seçilib (316 səs).

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın