Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Nizami” stansiyasının təmirindən maraqlı görüntülər – VİDEO

“Nizami” stansiyasının təmirindən maraqlı görüntülər – VİDEO

Dünya metro stansiyaları içində Bakı metrosunun “Nizami” stansiyasının özünəməxsus yeri var. 
Çünki “Nizami” stansiyasında dahi şairimiz Nizami Gəncəvinin “Xəmsə”si mövzusunda işlənmiş pannolar buranı həm də bir sənətkarlıq guşəsinə çevirir. 40 il əvvəl divarlara həkk olunan şəkillər son vaxtlar bir qədər solmuş, daşların arası kif bağlamışdı.
“Nizami” stansiyasının əsaslı təmiri çərçivəsində həmin şəkillər də çox incəliklə təmizlənir və əvvəlki vəziyyətinə qaytarılır.
Kənardan rəssamlıq emalatxanasına oxşayır, amma bura hamımızın tez-tez qarşısından keçib getdiyi “Nizami” metro stansiyasındakı tablolardır.
“Nizami” stansiyası həm də Azərbaycan memarlığının incilərindən biri sayılır. Çünki stansiyanın divarlarında dahi Nizami Gəncəvinin ölməz “Xəmsə”sinin motivləri əsasında səhnələr yer alır.
Təsvirlərin müəllifi xalq rəssamı Mikayıl Abdullayevdir. Elə pannoların bərpası ilə də onun tələbələri məşğul olur.
Pannolar üzərindəki təsvirlərin səthləri yenidən işlənir, qopmuş təsvirli daşlar bərpa olunur, həmçinin pannolar korroziyaya daha davamlı vəziyyətə gətirilir.
40 il əvvəl istismara verilən stansiyada ümumi bərpa işləri mərhələlərlə aparılır. İşlərin həcminin böyüklüyünə baxmayaraq, “Nizami” stansiyası işini dayandırmayıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın