Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Martın sonuna doğru dollar kəskin bahalaşa bilər” – EKSPERT

“Martın sonuna doğru dollar kəskin bahalaşa bilər” – EKSPERT

Dollar manata qarşı tədricən möhkəmlənməkdə davam edir. Mərkəzi Bankın martın 3-nə açıqladığı məzənnəyə əsasən USD/AZN rəsmi məzənnəsi 1,7548 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, martın 2-də bu rəqəm 1,7515 manat təşkil edirdi. Ekspertlər isə dolların bundan sonra da möhkəmlənməkdə davam edəcəyini bildirirlər. Buna həm beynəlxalq amillər, o cümlədən ABŞ-ın Federal Ehtiyatlar Sisteminin gözlənilən iclası, həm də daxili amillər təsir edir.

İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dollar-manat münasibətləri hər zaman həm xarici, həm də daxili maillərdən asılı olub: “Son günlərdə baş verənlər bu asılılığı daha da gücləndirir. Bu da Amerikada FED-in uçot dərəcələrini artıracağı ehtimalının 80 faizdən yuxarı olması ilə əlaqədardır. Dünyada dollar sürətlə bahalaşır. Dollar indeksi son həftələrin ən yüksək səviyyəsindədir, artıq dünyada 103 punkta qədər bahalaşıb. Bu çox ciddi bir göstəricidir. Mart ayının 15-də FED-in uçot dərəcələrini artırması ehtimalı ekspertlər tərəfindən 86 faiz qiymətləndirilir. Bu da dünyada dolları bahalaşdırır. Təbii ki, Azərbaycana da təsirsiz ötüşmür. Dolların bahalaşması neftin qiymətinə də təsir edir. Dünən neftin qiymətində kəskin eniş oldu, dünya birjalarında qara qızıl 2 faizdən çox dəyər itirdi. Bu gözləntilər təbii ki, ətraf ölkələrə, o cümlədən Azərbaycana da təsir edir. Bu, beynəlxalq aləmdə baş verən proseslərdir”.

Ekspertin sözlərinə görə, mart ayı Azərbaycan manatı üçün ağır keçəcək: “Daxili proseslər haqqında bundan öncəki açıqlamalarımızda da demişdik ki, mart ayı həmişə valyuta üçün ağır ay olub. Bayramlarla əlaqədar tələbatın artması və ölkəyə gətirilən məhsulların həcminin artması ilə əlaqədar valyutaya tələbat artır. Həm də Novruz bayramı ilə bağlı 9 gün istirahət günü verilib, minlərlə Azərbaycan vətəndaşı ən azı yaxın ölkələrə getmək istəyəcək. Buna görə də valyutaya tələbat artacaq. Həm daxili, həm də xarici amillər manata basqıları artırır. Ona görə də düşünürəm ki, ayın son həftələrində dollar yenidən bahalaşa bilər.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın