Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “General rütbələri hansı meyarla verilirsə, elmdə də fəxri adlar bu meyarla verilir”

“General rütbələri hansı meyarla verilirsə, elmdə də fəxri adlar bu meyarla verilir”

Bugünlərdə bir qrup elm xadiminin fəxri adlarla təltif edilməsi ictimai rəydə birmənalı qarşılanmayıb. Belə ki, bəzi ziyalılar hesab edir ki, Azərbaycan elminin can üstündə olduğu indiki dövrdə kimisə elmin inkişafındakı xidmətinə görə təltif etmək, o qədər də məntiqli görünmür.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Psixoqamma” praktik psixologiya üzrə resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı mövcud vəziyyətin acınacaqlı olduğunu bildirib:
“Azərbaycan Qarabağ müharibəsini uduzub, torpaqlarımızın 20%-i Ermənistan tərəfindən işğal edilib. Güc stukturlarının fəaliyyəti isə göz önündədir, lakin tez-tez kimlərəsə general rütbələri verilir. Hansı uğurlarımıza görə?! Elmi nailiyyətlərimiz də belədir. Bəzi dəqiq elmlər üzrə, xüsusilə neft sənayesində edilən kəşflər istisna olmaqla, digər sahələrdəki kəşflər harada tətbiq olunur? Ümumiyyətlə, tibb, təhsil, mədəniyyət, texnologiya, kənd təsərrüfatı və başqa sahələrdə hansı kəşflər edilib? Bu kəşflər respublikanın sərhədlərindən kənarda tanınırmı? Hər halda, kimlər fərqləndirilməlidirsə, onlar da təltif olunur. Belə məlumatlara adətkarda olmuşuq və heç kimi təəccübləndirmir”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın