Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Martin Şults, Hǝsǝn Ruhani ilǝ görüşüb

Martin Şults, Hǝsǝn Ruhani ilǝ görüşüb

M. Şults: “Bütün ziddiyyətləri aradan qaldırmaq və qarşılıqlı anlaşmaya nail olmağın yeganə yolu diplomatiyadır”.

Avropa parlamentinin sǝdri M.Şults İrana sǝfǝri çǝrçivǝsindǝ prezidenti Həsən Ruhani, XİN rəhbəri Məhəmməd Cavad Zərif və parlamentin spikeri Əli Laricani ilə bir araya gǝldikdǝn sonra verdiyi açıqlamada bildirib ki, nüvə proqramına dair razılaşma İranla Avropa İttifaqı arasında münasibətlərin genişləndirilməsində yeni dövrün başlanğıcıdır.
O vurğulayıb ki, “Bütün ziddiyyətləri aradan qaldırmaq və qarşılıqlı anlaşmaya nail olmağın yeganə yolu diplomatiyadır. Bu, artıq sübut olunub. İranla “altılıq” ölkələri arasında əldə olunan razılaşma uğurlu bir diplomatiya modelidir”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın