Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / General Əkbərov İlham Əliyevin əmri ilə Bakıya çağırıldı

General Əkbərov İlham Əliyevin əmri ilə Bakıya çağırıldı

Şəmkir korpusunun komandiri, general-leytenant Rövşən Əkbərov bu gün Bakı korpusunun komandiri təyin edilib.

Müdafiə Nazirliyindəki mənbələr musavat.com saytının yaydığı bu məlumatı virtualaz.org saytına təsdiqləyiblər.

General Rövşən Əkbərov hazırkı hakimiyyətə ən sadiq kadrlardan hesab olunur.

Xatırladaq ki, general Əkbərov bundan əvvəl də Bakı korpusunun komandiri olub. Lakin rotasiya qaydasında 2011-ci ildə Şəmkir korpusuna komandir təyin edilib.

Onu da bildirək ki, Bakı korpusunun komandiri Xaqani Cəbrayılov da Şəmkir korpusunun komandiri təyin olunub.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın