Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Tutulan iri məmurları Kürdəxanıda nə gözləyir?

Tutulan iri məmurları Kürdəxanıda nə gözləyir?

Kürdəxanıda istintaq təcridxanası tikilən zaman tanınmış müxalifətçilərin klassik bir “qarğışı” vardı: “Özlərinə qismət olsun”. Hətta ölkənin son 10 illik tarixində hər inqilab ehtimalında bu söhbət aktuallaşır. Müxalifətçilərin dilindən bu kəlmələri eşidirik: “İnşallah, hakimiyyətə gələcəyik və o türmələri indiki məmurlarla dolduracağıq”. 
Doğrudur, müxalifət ondan gözləniləni edib hakimiyyətə gəlmədi, türmələri də hazırkı iqtidar nümayəndələri ilə doldurmadı. Amma proseslər sürətlə, fərqli istiqamətdə cərəyan etdi və iqtidar öz kadrlarını bir-bir türməyə göndərdi. Təbii ki, ilkin olaraq Kürdəxanıda yerləşən 1 saylı İstintaq Təcridxanasına. 
Bu günə qədər yolu ordan keçən müxalifətçilər də az deyil. Onlarla, eləcə də vəkillərlə danışıb maraqlandıq. Kürdəxanı həyatını digər türmələrdəki həyatdan nə ilə fərqləndirmək olar? Şərait, üstünlüklər, bəzi özəlliklər. Bəzən kluarlarda dolaşan söhbətlərdə türmə işçilərinin, nəzarətçilərinin vaxtilə dövlət qulluğunda çalışmış məmurların, varlı iş adamlarının həbsindən xeyli məmnun olduğu üzə çıxır. Çünki onların türmələrə düşməsi işçilər üçün “yağlı qapı” anlamını daşıyır. Hər qulluq üçün neçə min manat pul, hər jestin çox ağır qarşılığı… Bütün bunlar türmə həyatının “olmazsa olmaz”ı sayılır.
Keçmiş məhbuslar birmənalı şəkildə qeyd edirlər ki, əslində istintaq təcridxanası məhkəməyə qədərki dönəm üçün olduqca əhəmiyyətli yer sayılır. Məhbusun ilk həbs stressini dəf etməsi üçün istintaq təcridxanası, ordakı şərait, psixoloji mühit önəm daşıyır. Türməni qəbirlə müqayisə edənlər bu səbəbdən də şəraitlə bağlı bəzi nəfəsliklərə xüsusi önəm verirlər.
Yolu Kürdəxanıdan keçmiş eks-məhbuslardan olan Nigar Yaqublu dedi ki, Kürdəxanıda yerləşən 1 saylı İstintaq Təcridxanası bütün türmələr arasında ən lüks olanı sayılır:
“Kürdəxanı bütün türmələr arasında ”beşulduzlu hotel” adlandırılır. Məsələn, Şüvəlanla müqayisə edəndə bu, özünü daha qabarıq göstərir. Şüvəlanda kameralar balaca, sovetdən qalanlardır. Tualet yarıaçıq vəziyyətdə, antisanitariya şəraiti. Amma Kürdəxanıda bir şey yaxşı idi ki, hamam-tualet bir yerdə idi, üstəlik, üstüörtülü idi. İsti suyu iki gündən bir, 3-4 saat verirdilər. 3-4 nəfərlik kameralar var. Şüvəlanda isə 8-10 nəfər qalır. Kürdəxanıda təmizdir, səliqəlidir. Məhbusun özündən də asılıdır ki, kamerasını necə saxlayır”.
N.Yaqublu Kürdəxanı təcridxanasındakı görüş otaqlarından da danışdı. Dedi ki, orada 3-4 görüş otağı var. Amma bayram günlərində görüş üçün istintaq otaqlarını da ayırırlar: “Çünki adam çox olur. Görüş otaqları 3 gün qalacaqlar üçün nəzərdə tutulur. Normalda görüş otağında 2 saata qədər otura bilərsən. Amma bayırda çoxlu adam gözləyir. Məhbuslar da növbədə olur. Çox qalanda xəbərdarlıq edilir və deyilir ki, çıxın, növbədə adamlar var. O boyda məhbus sayına görə görüş otaqlarının sayı azdır”.
Müsahibimiz dedi ki, Kürdəxanı təcridxanasında pul hesabına hər şey etmək olar. Pulu olan məhbus yaxşı kamerada saxlanılır. Pulu olmayanın isə kamerasındakı hamamın krantı su buraxır, divarları uçulub-tökülür. N.Yaqublu kameraya telefon keçirən məhbusların olduğunu desə də, bunun üzə çıxarılması halında sonuncuya qarşı cinayət işinin açıldığını vurğuladı: “Ümumi şəhər telefonu olur. Həftədə 2 dəfə, 15 dəqiqə danışmaq imkanı olur. Mən çıxan vaxt kart sistemi vardı. Pul yükləyir, mobil telefona da zəng etmək olurdu. Mənim vaxtımda 1 zəng limiti vardı. Ona düşməyəndə başqasına zəng edə bilirdin”.
N.Yaqublu hesab edir ki, indi həbs edilən yüksək ranqlı məmurların durumunun birmənalı şəkildə əla olacağı ilə bağlı versiya irəli sürmək olmaz: “Sıravi oğru ilə Akif Çovdarov bir deyil. Yuxarıya tabe olan adamdır. Amma bütün hallarda siyasi göstərişdən çox şey asılıdır. Əgər türmənin rəisinə həbs olunan məmurlara qarşı sərt olmaq əmri verilsə, təbii ki, deyiləni edəcək”.  Musavat.com

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın