Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Cahangir Hacıyev restorana və bazarlığa 1 milyondan çox pul xərcləyib

Cahangir Hacıyev restorana və bazarlığa 1 milyondan çox pul xərcləyib

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş prezidenti Cahangir Hacıyevin fəaliyyətinin yoxlanması zamanı ABB-də həyata keçirilən daxili audit bankda daha bir ciddi qanun pozuntusunu üzə çıxarıb.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən informasiya daxil olub.

Məlumata görə, Cahangir Hacıyevin kredit kartından şəxsi ehtiyaclarına 1 milyon dollardan çox vəsait xərclənib. Həmin kredit borcu bu günə qədər də ödənilməyib.

ABB-dən də bu informasiyanı virtualaz.org saytına təsdiq ediblər.

Yada salaq ki, ABB-nin sabiq prezidenti C.Hacıyev əksəriyyəti məqsədi üzrə xərclənməyən çoxmilyardlıq kreditlərin verilməsində ittiham olunur. C.Hacıyevin ABB-ə rəhbərlik etdiyi dövrdə bankın 7 milyard dollara yaxın vəsaiti sözün əsl mənasında hərraca çıxarılıb. Bundan sonra hüquq-mühafizə orqanları “kredit oliqarxları işi” üzrə xeyli sahibkarı, habelə C.Hacıyevin yaxın adamlarını saxlayıblar.

C.Hacıyevin özü isə hazırda DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sorğu-sual olunur.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın