Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Mazutun 3 dəfə ucuzlaşması və Pirverdiyevin “kontoru”ndakı şirşirtmə haqda

Mazutun 3 dəfə ucuzlaşması və Pirverdiyevin “kontoru”ndakı şirşirtmə haqda

Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir.  Bədbin proqnozlar arasında neftin gələcək qiyməti ilə bağlı 35-40 dolların üzərində də dayananlar var.

Bəs neftin qiymətində gələn ildə düşüş yaşanarsa, bu, Azərbaycana nə vəd edir?

“Azadlıq” radiosunun suallarına neft mütəxəssisi İlham Şaban cavab verib:

-İlham bəy, əvvəlcə deyərdiniz, gələn il Azərbaycanda nə qədər neft hasilatı proqnozlaşdırılır?

-Hökumətin rəsmi məlumatına görə, 2016-da 40,7 milyon ton neft hasilatı proqnoz edilib. Bu ilin 41,3 mln tonuna qarşı. Yəni hasilatda azalma olacaq.

-Bəs hasilat kimi qiymətdə də azalma olsa, bu, Azərbaycana nə vəd edir?

-Gələn il üçün əksər beynəlxalq təşkilatların və enerji agentliklərinin proqnozu 55-58 dollar arasındadır. Yəni bu il üçün ən neqativ proqnoz 52 dollar idi. Bu baxımdan xəta heç də böyük deyil. Hələ ki… Dekabrda qiymət bir qədər yüksəlsə, xəta daha da azalar. Düzdür, gələn il üçün dramatik ssenariləri həm neft şirkətləri, həm maliyyə qurumları verirlər. Yəni 30 dollara qədər belə azalmanı. Ancaq bu il ərzində bir həftə ərzində belə səviyyəyə düşə bilən mənzərəni təsvir edirlər. Sonra neft yenidən 50 dollar və ondan yüksək səviyyəyə qalxacaq. Hələ ki, əksər proqnozlar neftin 50 dollardan yuxarı olmasını göstərir. Bu isə büdcənin qarşısında duran öhdəliklərin yerinə yetirilməsi deməkdir.

-İşdir, tutaq ki, orta qiymət 45 və ya 40 olsa, hökumət neyləyəcək?

-Təbii ki, iki yolu qalacaq. Ya yenidən xərcləri azaltmalı, ya da xarici borclanmanı artırmalıdır…

-Bu günlər mazutun topdansatış qiymətinin 3 dəfə ucuzlaşması haqqında nə deyə bilərsiniz?

-Mazutun topdansatış qiymətlərinin 3 dəfə ucuzlaşdırılaraq 1 tonun 100 manat edilməsinin bir neçə maraqlı tərəfi var. Əvvəla, bu, “Azərenerji” ASC-nin Tarif Şurasına müraciəti əsnasında baş verib. İkincisi, mazutun qiyməti “Azərenerji” ASC-nin SOCAR-dan aldığı təbii qazın qiyməti ilə eyniləşdirilib.

-Bunu necə başa düşək?

-“Azərenerji”nin SOCAR-a olan qaz borcu bu il iyulun 1-də 515 milyon manata çatdı. Sonra SOCAR yay mövsümündə energetiklərə qaz verilməsini müəyyən qədər azaltmağa başlayıb və həmin həcmləri yeraltı qaz anbarına vurub. Həmin dövrdən başlayaraq “Azərenerji” özünün ehtiyat rezervuarlarında olan mazutdan istifadə edərək istilik elektrik stansiyalarının yanacaq təminatını yarıqaz, müəyyən hissə isə mazut rejimində həyata keçirib. İndi SOCAR-dan mazut dekabrın 1-dən başlayaraq daha ucuz alınacaq ki, nəticədə “Azərenerji”yə elektrik enerjisinin maya dəyəri daha baha başa gəlməsin.

-Faktiki olaraq 90 faiz elektrik stansiyaları dövlət investisiyaları hesabına başa gələn “Azərenerji”də niyə elektrik enerjisinin maya dəyəri bu qədər bahadır?

-Əslində baha deyil, onun bir adı var – ictimaiyyət üçün daim qapalı olan bir cəmiyyətdə maya dəyəri baha ola bilməz. Ancaq ŞİŞİRDİLMİŞ olar!

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …

Bir cavab yazın