Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / ANS-in daha bir verilişi bağlandı

ANS-in daha bir verilişi bağlandı

Hər səhər ANS-in efirində canlı yayımlanan “Salam, Azərbaycan!” verilişi dayandırılıb.

Publika.az xəbər verir ki, artıq bir neçə gündür ki, həmin proqramın yerinə, tam yeni formatda “Səhər xəbər kanalı” efirə çıxır. Başqa sözlə, 3 saat boyunca ANS-in efirində xəbərlər yayımlanır.

Xatırladaq ki, ötən mövsüm “Salam, Azərbaycan” verilişini Aytən Səfərova aparıb. O, ANS-dən qalmaqallı şəkildə ayrılaraq ATV telekanalına keçib. Sonradan “Salam, Azərbaycan!” verilişini Cəlalə Nəzəroğlu aparsa da, o da efirdə yol verdiyi qüsurlara görə Milli Teleradio Şurası (MTRŞ) tərəfindən tənqid olunub. 10 gün müddətinə efirdən yığışdırılan verilişə görə ANS-ə 24 min manat cərimə də kəsilib.

Ehtimal olunur ki, “Salam, Azərbaycan!” verilişinin dayandırılmasının səbəbi də məhz budur.

Əsəd rejimini hansı sirli güclər qurdu? – ARAŞDIRMA

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın