Ana səhifə / Şou Biznes / Nazir kadr dəyişikliyi etdi…

Nazir kadr dəyişikliyi etdi…

Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində və K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində yeni direktor təyinatları həyata keçirilib.

Azinforum.az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq, Məmməd Həsən oğlu Quliyev L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin, Fikrət Vəli oğlu Budaqov isə K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.

Bu təyinatadək M. Quliyev Azərbaycan Dövlət Konservatoriyasının professoru, F. Budaqov isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktor müavini vəzifəsində çalışıb.

Yeni təyin olunan direktorların qarşısına Nazirliyin rəhbərliyi tərəfindən musiqi təhsilinin daha da inkişafı, təlim tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi kimi vəzifələr tapşırılıb.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın