Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Sosial / Ramiz Tağıyev radikal müxalifətin real vəziyyətini təhlil etdi

Ramiz Tağıyev radikal müxalifətin real vəziyyətini təhlil etdi

Hər beş ildən bir keçirilən parlament seçkilərinin təsadüf etdiyi vaxtı Azərbaycan siyasətinin aktivləşmə fazası kimi xarakterizə edirlər. Vəziyyət o həddə çatır ki, hətta ən “ağırt yuxuya getmiş” siyasilər və partiyalar da mürgüdən ayılır.
Ən azı, Azərbaycanın müstəqilliyindən indiyə kimi olan dönəmin qısa analizi bunu deməyə əsas verir. Parlament seçkiləri, eyni zamanda, fərqli siyasi düşərgələr arasında bir mübarizədir. Bu mübarizənin nəticələrini analiz etdikdə birqütblü yüksəlişin şahidi oluruq. Özü də, bu yüksəliş hər dəfə parlament seçkilərindən növbəti dönəmə keçiddə artan dinamikasını qoruyur.
Pərakəndə halda olan müxalifətin bir qanadı konstruktiv mövqe tutmaqla az mandata sahib ola bilib. Radikallar isə heç bunu da bacarmayıb. Özünü radikal adlandıran düşərgə mübarizə metodunu kütləvi aksiyaların keçirilməsində gördü. Nəticə etibarı ilə hər keçən aksiyadan sonra müxalifətin nə dərəcədə rəzil durumda olması özünü büruzə verirdi. Artıq bir neçə partiyanın birləşərək keçirdiyi mitinqə gələn adamların sayı o həddə çatıb ki, bunu bir yas məclisinə gələn adamların sayı ilə də müqayisə edirlər. İqtidar hər zaman dialoqa getməyə hazır olduğunu bildirir. Yenə həmin radikal düşərgə bundan imtina edir.
Nəzərə alsaq ki, indiyədək keçirilən aksiyaların getdikcə zəifləyərək az qala yox həddə düşməsi bir faktor idisə, parlament seçkiləri ərəfəsində radikal müxalifətin sanki hərəkətsiz duruma düşməsi ikinci faktordur. Radikal müxalifət səhnədən gedirmi?

Müxalif mövqeli siyasətçi Ramiz Tağıyev açıqlamasında bildirdi ki, özünü radikal adlandıranların hansı vəziyyətdə olmasına ondan yaxşı cavab verən tapılmaz: “Hansısa iqtidar yetkilisi bunların zəlil durumda olmasını desə, bunu siyasi mübarizədən doğan qeyri-obyektiv bir fikir kimi dəyərləndirəcəklər. Mən müxalifətin içində olan adam kimi real vəziyyətin xeyli acınacaqlı olduğunu görürəm. Onların keçirdiyi mitinqləri güc indikatoru kimi götürsək, vəziyyət tam aydındır.
Adətən parlament seçkiləri öncəsi müxalif cameədə bir oyanış hiss edilirdi. Bloklaşmalar barədə söhbətlər aparılırdı. Bu dəfə isə belə söhbətlər də yoxdur. Bundan əlavə, Müsavat və AXCP-də yaşananlar göz qabağındadır. Artıq partiya fəalları etiraz aksiyalarının ünvanını belə dəyişib. Onlar öz qərargahları önündə partiya rəhbərlərinə etiraz edir. Real vəziyyət budursa, deməli, müxalifətin gününə ağlayan lazımdır”.

Cəmilə QARAYEVA

Həmçinin oxuyun

“BakuBus”ın avtobusları dayanacaqda saxlamır – Video

Bu gün səhər saatlarında Heydər Əliyev Prospektində “Koroğlu” metrosu istiqamətində sərnişinlər yolda qalıb. “Qafqazinfo” xəbər …

Bir cavab yazın