Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Həbs olunan azərbaycanlı oliqarxın Bakıdakı obyektləri bağlanır – Siyahı

Həbs olunan azərbaycanlı oliqarxın Bakıdakı obyektləri bağlanır – Siyahı

Həbs olunan azərbaycanlı oliqarx, “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biri Nizami Piriyevə məxsus obyektlər bağlanmağa başlayıb.

Aznews.az-a daxil olan məlumata görə, neft maqnatının bir müddət əvvəl açdığı Port Baku Mall-da yerləşən dünyaca tanınmış WH Smith book-café dünəndən etibarən fəaliyyətini dayandırıb.

Bundan başqa, daha bir neçə obyektinin satışa çıxarıldığı bildirilir.

Qeyd edək ki, N.Piriyevə məxsus “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.

Bundan əlavə “PNN Group” şirkəti “De Beers” və “Hamleys” brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. “KFC” qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 “KFC” obyekti açıblar.
“PNN Group” öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib.
Onu da bildirək ki, N.Piriyev fırıldaqçılıqda və ictimai əmlakı mənimsəməkdə ittiham olunur. Məhkəmə oliqarx barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın