Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Həmsədr: Qarabağın statusunun müəyyənləşməsi lazımdır

Həmsədr: Qarabağın statusunun müəyyənləşməsi lazımdır

Biz danışıqların dərhal bərpasına və davamlı sülhə nail olmağa çağırırıq. Tərəflər masa arxasına oturmalıdırlar. Burada hər hansı ritorika və bəyanatlardan söhbət getmir. Görüş qərarı prezidentlərdən asılıdırlar. Biz bunu hər zaman təklif edirik və buna məmnuniyyətlə hazırıq.
Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
C.Uorlik bildirib ki, hərtərəfli həllin yolu orduların işğal olunmuş ərazilərdən çıxarılması, torpaqların Azərbaycana qaytarılmasından keçir:
“Amma Qarabağın statusunun da muəyyənləşməsi lazımdır. Hərtərəfli həllə çox məsələ daxildir, tərəflər buna bütöv məsələ kimi baxmalıdırlar”.
Diplomat Minsk qrupu ilə bağlı Azərbaycan xalqınının məyusluğununun başa düşülən olduğunu deyib:
“Azərbaycan xalqı 20 ildən çox davam edən münaqişə ilə üz-üzədir. Amma Ermənistanda da bu məyusluq var. Həll yolu müharibə deyil. Bilirəm, asan deyil, amma yeganə həll yolu sülhdür”.
Uorlik həmçinin bildirib ki, təmas xəttində monitorinqlə bağlı hər iki tərəfin razılığı olmalıdır.
“Onlar təhlükəsizliyi tam təmin edə bilmədiklərinə görə monitorinq keçirilməsinə dair hələlik razılıq yoxdur”.
O, sabah Xankəndinə gedəcəklərini, orada “de-fakto” rəhbərliklə görüşəcəklərini bildirib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın