Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Müsahibə / Müdafiə Nazirliyi: Talış kəndi ordumuzun nəzarəti altındadır

Müdafiə Nazirliyi: Talış kəndi ordumuzun nəzarəti altındadır

Erməni mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçmiş Talış kəndi ətrafındakı yüksəkliklərin guya düşmən tərəfindən yenidən zəbt edilməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur və yalandır. Azinforum.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatında belə deyilir.

Qeyd olunur ki, bu cür məlumatların yayılması təlaş içində yaşayan erməni xalqını və mənəvi düşgünlüyə məruz qalmış, döyüş qabiliyyətini itirmiş düşmən ordusunun döyüşmək istəməyən əsgərlərini cüzi də olsa ruhlandırmaq məqsədilə Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən uğursuz və saxta fəaliyyətin nəticəsidir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Ermənistan tərəfi gün ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozmaqda davam edib və bu təxribatların qarşısını almaq məcburiyyətində qalan Silahlı Qüvvələrimizin cavab tədbirləri daha sərt olacaqdır.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın