Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Nazirlik mənşəyi məlum olmayan kolbasalar aşkarladı – Fotolar

Nazirlik mənşəyi məlum olmayan kolbasalar aşkarladı – Fotolar

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən qida təlükəsizliyi ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən baytarlıq nəzarətində olan obyektdə baytarlıq nəzarəti həyata keçirib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, həyata keçirilmiş nəzarəti tədbir zamanı Masazır kəndinin “Quşçuluq” yaşayış massivinin yaxınlığında yerləşən fiziki şəxs Sahib Böyükağa oğlu Şirinova məxsus kolbasa məmulatları istehsalı sexinin soyuducu kamerasında mənşəyi məlum olmayan, qida üçün yararlığı və orqanoleptik göstəriciləri şübhə doğuran, polietilen torbalarda sümüksüz heyvan ətləri, gigiyenik olmayan plastik vannalarda farş və müxtəlif toyuq əti məhsulları aşkar olunub.

Aşkar edilmiş heyvan ətlərinin, farşın və toyuq ətlərinin mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq sənədləri (baytarlıq şəhadətnaməsi forma 2 , baytarlıq arayışı) olmayıb. 1000 kq-a yaxın sümüksüz ətlərin, farşın və toyuq məsullarının qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə baytarlıq qanunvericiliyinə uyğun onlardan nümunələr götürülərək bakterioloji, biokimyəvi müayinələr üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.

Nazirlik mənşəyi məlum olmayan kolbasalar aşkarladı -  Fotolar
Nazirlik mənşəyi məlum olmayan kolbasalar aşkarladı -  Fotolar
Nazirlik mənşəyi məlum olmayan kolbasalar aşkarladı -  Fotolar

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın