Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Yol polisləri polkovniki döydülər – BAKIDA

Yol polisləri polkovniki döydülər – BAKIDA

Bakıda yol polisi əməkdaşları Müdafiə Nazirliyinin polkovnikini döyüblər. Hadisə Yeni Günəşli massivində baş verib. Azinforum.az Sputnik-in məlumatına istinadən xəbər verir ki, Dövlət Yol Polisi Suraxanı rayon şöbəsinin əmkdaşları nazirliyin polkovniki Mehman Yusifovun idarə etdiyi maşını saxlayarkən, tərəflər arasında mübahisə düşüb. İnsindent zamanı ərazidəki digər həmkarlarını da köməyə çağıran polislər polkovniki döyüblər.

Mehman Yusifov baş verənlərlə bağlı Suraxanı rayon Polis İdarəsinə şikayət edib. Məlumata görə, ağır bədən xəsarətləri alan Yusifovun şikayəti üzrə materiallar Suraxanı rayon prokurorluğuna göndəriləcək.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın