Ana səhifə / Araşdırma / Moskvada uşağın başını kəsən dayə: “Putindən intiqam aldım” – VİDEO

Moskvada uşağın başını kəsən dayə: “Putindən intiqam aldım” – VİDEO

Moskvada 4 yaşlı qızı qəddarlıqla öldürən dayə Gülçöhrə Bobokulova qətli törətməyinin səbəblərini açıqlayıb. 
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, azyaşlını öldürməkdə günahlandırılan dayə cinayəti nə üçün törətməsi barədə sualı cavablandırarkən bunu Rusiyadan Suriyanın intiqamını almaq üçün etdiyini bildirib: “Qanı kim töküb? Putin təyyarələrdən bombalayır. Niyə müsəlmanları? Niyə bombalayırsınız? Niyə heç kim heç nə demir? Onlar da yaşamaq istəyirlər. Suriyada balaca uşaqları bombalayıb, öldürürlər. Mən də Putindən intiqamımı aldım”.
Qeyd edək ki, dayənin atası 62 yaşlı Bəhrəddin Turayev qızının əməlinə görə üzr istəyib. İttiham olunan dayə isə məhkəmədə etdiyi əməli öncədən planlaşdırdığını və peşman olduğunu bildirib. Lakin o, etdiyi cinayətə görə qızın valideynlərindən üzr istəməyib, Allahdan başqa heç kimdən üzr istəməli olmadığını qeyd edib.
Xatırladaq ki, sözügedən dəhşətli cinayət fevralın 29-da Moskvada törədilib. Dayə Gülçöhrə Bobokulova 4 yaşlı qızı öldürüb başını kəsdikdən sonra evi yandırıb. O, əlində uşağın başıyla birlikdə “Oktyabrskoe pole” metrostansiyasına yollanıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın