Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Şahin Mustafayev yeni direktor təyin etdi – Foto

Şahin Mustafayev yeni direktor təyin etdi – Foto

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyində (İSN) yeni təyinat olub.

Report-un xəbərinə görə, Fazil Məmmədov İSN-in İstehlak Mallarının Ekspertizası Mərkəzinə direktor təyin edilib.   45 yaşlı F.Məmmədov bu təyinata qədər İSN Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, İstehlak Mallarının Ekspertizası Mərkəzinin əvvəlki direktoru Vüqar Əhmədov olub. O, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın