Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Media / SOS: Bakı-Sumqayıt yolu çökə bilər

SOS: Bakı-Sumqayıt yolu çökə bilər

Avtovağzal ətrafında torpaq sürüşməsi ilə bağlı təhlükə hələ də davam edir. Vəziyyət o qədər gərginləşib ki, mütəxəssislər hər gün minlərlə avtomobilin keçdiyi Bakı-Sumqayıt yolunun bağlana biləcəyini deyirlər. Sürüşmədən yaranan çatlar artıq Bakı-Sumqayıt yolunun Bakı istiqamətinə hərəkət edən hissəsinə də yayılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Publika.az-a açıqlamasında çatlarda həm yolboyu, həm də kompleksə yaxın sahədə gözlə görünəcək dərəcədə genişlənmə olduğunu bildirib. Bakı-Sumqayıt yolunun bağlanmasına gəlincə, geoloq hesab edir ki, yol nəqliyyatı üzrə mütəxəssislər bununla bağlı rəy verməlidirlər.

 

Ə. Piriyev bildirib ki, ərazidəki istinad divarının sökülüb yenidən tikilməsinə ehtiyac var:

 

“İstinad divarı  çox ciddi təhlükə yaratdığından Avtovağzal kompleksinə doğru sürüşən divar uça bilər. Biz təklif  etmişik ki, istinad divarı sökülsün, yenidən tikilsin. Çünki yağışların intensivləşdiyi zaman divar uça, beton dağıla bilər. Çox ciddi fəsadlar yaşanmasın deyə divarın tez bir zamanda sökülməsi, yenidən bərpa olunması lazımdır”.

 

Bu divarın uçması böyük həcmdə torpaq kütləsinin avtovağzal ərazisinə axmasına və yolun qəfil çökməsinə səbəb ola bilər. Mütəxəssislərin fikrincə, həmin ərazidən torpaq tamamilə daşına və daha möhkəm istinad divarı çəkilə bilər. Bakı-Sumqayıt yolunun bağlanması isə ölkədə ciddi problemlər yaradacaq.

 

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun Publika.az-a verdiyi məlumata görə, bu, paytaxtın şimalından şəhərə girişi iflic edəcək:

“Bakı-Sumqayıt yolu elə-belə yol deyil, respublikanın paytaxtına dörd girişi olan yoldur. Bu yolun bağlanması ölkədə böyük problemlər yarada bilər. Şəhərin şimalından şəhərə giriş iflic ola bilər. Amma yolun belə təhlükəli vəziyyətdə qalması da mümkün deyil. Mühəndislər, ekoloqlar bunun qarşısını almalıdırlar. Yolun uçması da fəsadlar törədə bilər. Əgər yol yenidən qurulmalıdırsa,  doğru-düzgün qərar qəbul edib qısa müddətdə onu bərpa etmək olar”.

 

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Publika.az-a bildirdiyinə görə, hazırda Bakı-Sumqayıt yolunun bağlanması ilə bağlı qərar verilməyib. Əgər yolun bağlanması ilə bağlı qərar verilsə, qurum öz üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır.

 

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın