Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Bakıda qəribə oğurluq: unitaz və protez aparıldı

Bakıda qəribə oğurluq: unitaz və protez aparıldı

Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsinin əməkdaşları dünən axşam onları da güldürən qəribə oğurluq faktı ilə üzləşib. Səbəb Rəsulzadə qəsəbəsinin sakini Bahar Hüseynovanın polisə şikayətidir.

Binəqədi Rayon Polis İdarəsindən virtualaz.org saytına verilən məlumata görə, B.Hüseynova polisə şikayət ərizəsində göstərib ki, sentyabrın 5-dən onun evində kirayənişin qalan Afiq adlı şəxs oktyabrın 20-də evi tərk edib, evdən gedəndə də mənzildəki unitazı, “tülpan” əlüzyuyanın və elektrik mişarını (laqunda) oğurlayıb.

Binəqədi rayonu, Mir Cəlal küçəsində yaşayan Əliəfsər Ağayev adlı digər vətəndaş qəribə oğurluğun qurbanı olub. Binəqədi RPİ 7-ci polis bölməsinə müraciət edən Ə.Ağayev bildirib ki, oktyabrın 6-dan 20-dək evdə olmayıb. Bundan istifadə edən oğru və ya oğrular qapını sındırmaq yolu ilə onun evinə girərək mənzildəki 120 manatı və qızıldan hazırlanmış diş protezini aparıblar.

Hər iki fakt üzrə araşdırma aparılır.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın