Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Valyutadəyişmə məntəqələrinin lisenziyalar ləğv olundu: 6 min iş yeri bağlandı – FOTOLAR

Valyutadəyişmə məntəqələrinin lisenziyalar ləğv olundu: 6 min iş yeri bağlandı – FOTOLAR

Azərbaycanda fəaliyyət göstərən valyutadəyişmə məntəqələri bağlandı.
Bu məlumatı musavat.com-a valyutadəyişmə məntəqələrinin sahibləri veriblər. Bu gün onlara lisenziyalarının ləğv edildiyi bildirilib və fəaliyyətlərini dayandırmaları tələb olunub.
Hazırda 28 May küçəsində yerləşən “exchange”lər işləmir. Bütün valyutadəyişmə məntəqələri bağlıdır.
“Mərkəzi Bankdan xəbərdarlıq gəldi ki, sizin lisenziyalar ləğv edilib. Mənim valyutadəyişmə məntəqəm Azadlıqdadır. 6 min iş yeri bağlandı. Səbəb olaraq da deyirlər ki, devalvasiyanı, süni bahalaşmanı “exchange”lər yaradırlar” – deyə Amil Mürvətov adlı şəxs bildirib.
Hazırda bütün “exchange”lər bağlıdır.





Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın