Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / “Təhsil Nazirliyi diplomumu tanımır” – Şikayət

“Təhsil Nazirliyi diplomumu tanımır” – Şikayət

Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika İnstitutunun məzunu olmuş Samir Nağıyev diplomunun Təhsil Nazirliyi tərəfindən tanınmaması ilə bağlı “Qafqazinfo”ya müraciət edib.

Sözügedən şəxsin vəkili Məmməd Həmidov bildirib ki, S. Nağıyev 2009-2014-cü illərdə həmin universitetdə əyani əsaslarla “Maliyyə və kredit” ixtisası üzrə müqavilə əsasında təhsil alıb. RF-nın Dövlət Attestasiya komissiyasının 25 iyun 2014-cü il tarixli 50 saylı qərarına əsasən iddiaçıya “İqtisadçı” ixtisası ilə ali təhsil haqqında (1077060009481) saylı diplom verilib.

S. Nağıyev Təhsil Nazirliyinə 2014-cü ilin iyul ayında diplomunun tanınması ilə bağlı müraciət etsə də, 1 ildən sonra vətəndaşa diplomunun tanınmasının mümkünsüzlüyü ilə bağlı cavab verilib: “Təhsil Nazirliyinin şöbə müdiri Kənan Quliyev saxta ekspert rəyinə əsasən müraciətimizə cavab verib. K. Quliyevin imzaladığı 29.06.2015-ci il tarixli, 21094/03-24 saylı cavab məktubunda Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi qaydalarını”, Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın II.1.2 maddəsini, Konvensiya komitəsi tərəfindən qəbul edilmiş “xarici ixtisasların qiymətləndirilməsi meyarları və prosedurları üzrə tövsiyələr”in V hissəsini və izahedici memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq ixtisas üzrə biliklərinizin AR-nın təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edildiyi göstərilib. Buna görə də, K. Quliyev Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika universiteti tərəfindən adıma verilmiş 25.06.2014-cü il tarixli. N-077060009481 nömrəli mütəxəssis diplomunun ölkə ərazisində tanınmasının mümkün hesab olunmadığı cavabını verib.

K. Quliyevin imzaladığı və 1 ildən sonra ərizəçiyə verdiyi cavab məktubunda diplomun tanınması ilə bağlı əsassız qeydi Nazirlər Kabinetinin 13 may 2003- cü il məlum qərarının 3.6-cı maddəsinə heç bir halda uyğun gəlmir və “sizin ixtisas üzrə biliklərinizin AR-in təhsil sahəsində dövlət standardlarına cavab vermədiyini müəyyən etmişdir” qeydinin heç bir hüquqi əsası yoxdur. TN-nin Ekspert rəyi kimi tərtib edilmiş sənəddə K.Məcidov, N.Hacıyeva, E.Əliyevin adları ekspert kimi təqdim edilsə də, imzalar, tarix və sənədin sıra sayı qeyd edilməyib. Yəni ekspertlərin adından savadsız adam tərəfindən tərtib edilmiş əsassız məzmun hüquqi sənəd deyil.

Nazirliyin səlahiyyətli məmuru K.Quliyev qulluq mövqelərindən süi-istifadə hallarına yol verib, vəzifə səlahiyyətini aşıb, ekspert qrupunun adından saxta rəylər yazaraq (vəzifəli şəxslərinin səlahiyyətlərini mənimsəmə) onun əsasında Təhsil Nazirliyinin adından xarici diplomların tanınmasına obyektiv və subyektiv səbəblərdən süni əngəllər yaradıb və nəticədə gənc elektroratı dövlətdən narazı salıb.

Problemlə əlaqədar 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli qətnaməsilə məzun olmuş Samir Nağıyevin iddiası üzrə ədalətli qərar qəbul edib və nəticədə iddia tələbi qismən təmin edilib. İddiaçının müraciətilə bağlı cavabdeh Təhsil Nazirliyinin hərəkəti (imtinası) qanunsuz sayılaraq iddiaçıya Rusiya Federasiyası Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetini tərəfindən verilmiş 1077060009481 nömrəli mütəxəssis diplomunun tanınması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulub.

Məhkəmə prosesləri zamanı bizə məlum olub ki, Xarkov, Moskva, Sankt-Peterburq və digər şəhərlərdəki dövlət universitetlərinin məzunlarına da Samir Nağıyevə verdikləri eyni məzmunlu, standart formal “imtina” cavabları yazılıb”.

“Təhsil Nazirliyi diplomumu tanımır” -  Şikayət

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın