Ana səhifə / Araşdırma / “Qızıl Məryəm”i öldürən qızı ilə bağlı ilginc fakt – Övladlıq imiş

“Qızıl Məryəm”i öldürən qızı ilə bağlı ilginc fakt – Övladlıq imiş

Yanvarın 5-də Bakının Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında öz evində qətlə yetirilən “Qızıl Məryəm” kimi tanınan iş adamı Məryəm Namidzadə barədə yeni faktlar ortaya çıxıb.
Məlumata görə, biznes-ledini qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Günel Hüseynova onun doğma qızı deyilmiş. Belə ki, o, Güneli uşaq evindən götürüb saxlayırmış. Sonradan G.Hüseynova bu barədə xəbər tutub və Məryəm Namidzadəylə münasibətlərində soyuqluq yaranıb.
Xatırladaq ki, 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.
Qeyd edək ki, o, Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın