Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Media / Məmurların xeyir-duası ilə Bakıda yenə ağaclar kəsildi

Məmurların xeyir-duası ilə Bakıda yenə ağaclar kəsildi

Bakının daha bir ərazsində yaşıl soyqırımı törədilib – Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində çoxillik ağaclar kəsilib.

Bu barədə virtualaz.org saytına həmin küçənin sakinləri məlumat verib.

Onların sözlərinə görə, ağaclar yerli məmurlarla əl-ələ verən, onların “xeyir-duasını” alan iş adamlarının harınlığının, qanunlara məhəl qoymamasının güdazına gedib. Belə ki, Zərdabi küçəsində üçmərtəbəli ofis binası tikdirən iş adamı yolun kənarındakı yaşıllığı məhv etməkdən belə çəkinməyib. Görünür, o və ona belə icazə vermiş məmurlar ağacları kəsməyi cinayət sayan prezidentin bu xəbərdarlığını da “unudublar”.

“Qələbə” dairəsinin yaxınlığında yerləşən bu binanın tikintisi başa çatar-çatmaz 20-25 illik şam ağacları kəsilib. Maraqlıdır ki, həmin sahibkar bir qədər fəndgirlik edib. Belə ki, tikinti işləri gedəndə həmin ağaclara əl dəyilməmişdi (bunu forodan da görmək olar). Amma elə ki tikinti başa çatıb, ağaclar da kəsilib. Hazırda onlar həmin yerdə yoxdur.

Ofisin tikintisi gedəndə ağaclar hələ kəsilməmişdi

İndi isə onların yerində boşluq qalıb

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın