Ana səhifə / Media / Arvadını döyən kişilərə cəza- Maaş ala bilməyəcəklər

Arvadını döyən kişilərə cəza- Maaş ala bilməyəcəklər

Türkiyədə Muradpaşa bələdiyyəsinin işçiləri ailələrində zorakılıq hallarına yol verdikdə maaşı özləri deyil, həyat yoldaşları alacaq.

Qafqazinfo” Türkiyə  mediasına istinadən xəbər verir ki, hər hansı bir işçinin xanımı şiddətə məruz qaldığını təsdiq edən sənədi bələdiyyəyə təqdim etdikdə ərinin maaşından 1300 lirə ona veriləcək. Bələdiyyə bu təşəbbüslə ailədaxili zorakılığa qarşı cəmiyyətə bir mesaj vermək istəyir.

Bələdiyyə sədri Ümid Uysal bu günə kimi bununla bağlı hər hansı bir müraciətin olmadığını deyib: “İşçilərimiz sağ olsun, ailədə zorakılıq halı ilə hələ ki, qarşılaşmamışıq”.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın