Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Hyundai Azərbaycan”da böhran – FOTO

“Hyundai Azərbaycan”da böhran – FOTO

Şirkət rəsmisi məsələyə aydınlıq gətirdi.

İlk növbədə qeyd etmək istərdik ki, Hyundai brendinin Azərbaycanda yeganə rəsmi distribüteri Auto Azerbaijan şirkətidir və ölkə üzrə geniş diler şəbəkəsinə malikdir. “Hyundai Badamdar” MMC bizim uğurla fəaliyyət göstərən Bakı dilerlərimizdən biridir.

Yəni bir daha vurğulayırıq ki, Hyundai Badamdar distribüter deyil, dilerdir, bu isə ayrı-ayrı anlayışlardır.

Bu barədə Oxu.Az-a “Auto Azerbaijan” şirkətinin Marketinq Departamentinin rəhbəri Əli Bədəlov bildirib.

Onun sözlərinə görə, şirkətin dilerləri özünə xidmət tədarükçüsü seçməkdə sərbəstdir.

“Əgər Anadolu restoranlar şəbəkəsi ilə xidmət müqaviləsinə xitam verirsə və başqa tədarükçü seçirsə, bu, bazar iqtisadiyyatında təbii haldır. Yəni alıcı təklif seçimində sərbəstdir və bu məsələni böyük bir distribüter şirkətində böhran kimi təqdim etmək, fikrimcə, sadəlövhlükdür” – deyə, şirkət rəsmisi vurğulayıb.

13:48

Koreyanın “Hyundai” şirkətinin Azərbaycanda  rəsmi distribütoru olan “Hyundai Badamdar” MMC “Anadolu” restoranlar şəbəkəsi ilə əməkdaşlarının qidalanmasının təşkili ilə bağlı müqaviləni dayandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Anadolu”nun rəhbəri Fikrət Xəlilov Facebook-da yazıb.

Məlumata əsasən, “Hyundai” müşahidə olunan böhran və satışların aşağı düşməsi ilə bağlı əməkdaşlarına yemək verməkdən imtina edib.

Fikrət Xəlilov həmçinin şirkətə göndərilmiş məktubu da paylaşıb.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın