Ana səhifə / İdman (səhifə 134)

İdman

“Yuventus” ardıcıl 9-cu dəfə İtaliya çempionu olub

İtaliya A seriyasında XXXVI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2019/20 mövsümünün çempionu bəlli olub. ƏTRAFLI Red Bull Öz meydanında “Sampdoriya” üzərində qələbə qazanan “Yuventus” sona 2 tur qalmış rəqibləri üçün əlçatmaz olub. Bununla “qoca sinyora” ümumilikdə 36-cı, ardıcıl isə 9-cu çempionluğunu əldə edib. Turin təmsilçisi artıq 3000 gündən …

Ətraflı oxu »

Azərbaycanda futbol çempionatının başlanma tarixi dəyişdi

Peşəkar Futbol Liqası (PFL) Premyer Liqanın yeni mövsümünün başlanma tarixini dəyişib. Çempionatın ilk turu avqustun 14-15-i aralığında keçirilməyəcək. Yarışa startı ayın 20-22-si baş tutacaq. PFL təqvimi müəyyənləşdirərkən, avrokubokları və yığmanın UEFA Millətlər Liqasındakı oyunlarını nəzərə alıb. Belə ki, avqustun 27-də Avropa Liqasındakı təmsilçilərimiz mübarizəyə qoşulacaq. Sentyabrın 5-də isə millimiz ML-da …

Ətraflı oxu »

“Qarabağ”dan növbəti transfer

“Qarabağ” klubu növbəti transferini rəsmiləşdirib. Ağdam təmsilçisi Kiprin APOEL klubundan yarımmüdafiəçi Uroş Matiçi heyətinə cəlb edib. 30 yaşlı futbolçu “Qarabağ”da 8 nömrəli formanı geyinəcək. Xatırladaq ki, “Qarabağ” klubu daha əvvəl Donald Gerye, Emil Balayev və Kevin Medinanı transfer edib.

Ətraflı oxu »

“İnter” Messiyə fantastik məbləğ ödəməyə hazırdır

İtaliya “İnter”i İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messini transfer etməyə çalışacaq. “Report”un “Sport Mediaset”ə istinadən verdiyi məlumata görə, “neradzurri” argentinalı hücumçunun keçidini onun Kataloniya təmsilçisi ilə müqaviləsinin bitəcəyi 2021-ci ilin yayında azad agent kimi gerçəkləşdirmək niyyətindədir. Bu halda Messinin “İnter”də illik maaşı 50 milyon avro təşkil edəcək. Bunun əvəzində klub …

Ətraflı oxu »

İsmayılov özündən 22 kq ağır rus döyüşçünü nokauta saldı… – VİDEO

Rusiyanın müsəlman “MMA” döyüşçüsü Maqomed İsmayılov keçən ilin sonlarından savaşa çağırdığı, ancaq “COVID-19” pandemiyası səbəbindən üç ay sonra Soçidə qarşılaşdığı görüşdə həmyerlisi Aleksandr Yemelyanenkonu məğlub edib. Moderator.az-ın “Eurosport”a  istinadla verdiyi xəbərə görə, “ACA 107” turniri çərçivəsində gözlənilən ən maraqlı qarşılaşmada dağıstanlı  İsmayılova qələbə qazanmaq üçün üç raund kifayət edib. Bu müddətdə o, üstünlüyünü qoruyub. Mübarizədəki son nöqtəni isə  İsmayılov texniki nokautla qoyub.Görüntülərdə müsəlman savaşçısının yerə uzanmış və qana boyanmış …

Ətraflı oxu »

Canni De Byazi: “Bütün diqqətinmi Azərbaycan millisinə yönəltmişəm”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “ilrestodelcarlino” nəşrinə müsahibə verib. “Report” xəbər verir ki, 64 yaşlı italiyalı mütəxəssis Azərbaycan yığmasındakı işinə bağlamağı səbrsizliklə gözlədiyini bildirib. O, gələcəkdə texniki direktor kimi də işləyə biləcəyini söyləyib: “Hazırda bütün diqqətinmi Azərbaycan millisinə yönəltmişəm. Yenidən baş məşqçi kimi fəaliyyətə başlayıram. Albaniya …

Ətraflı oxu »

“Qarabağ” serbiyalı futbolçunu heyətinə qatır – Foto

“Qarabağ” Uros Matiçin transfer məsələsində sona gəlib. Serbiyalı müdafiəçi Azərbaycan çempionu ilə bütün müqavilə şərtlərini razılaşdırıb. Transfer hüququ “Kopenhagen”ə məxsus olan, icarə əsasında 2 mövsümü «Austriya» və APOEL-də keçirən 31 yaşlı legioner yaxın günlərdə Bakıya gəlməlidir. Danimarka klubu 2017-ci ildə sıralarına qatdığı balkanlı futbolçuya sərbəst agent statusu verməyə razılaşıb. Matiç …

Ətraflı oxu »

Millimizin futbolçusu da Türkiyə çempionu oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin “Başakşehir” klubunda çıxış edən üzvü Emre Kaplan Türkiyə çempionu olub. “Report”un məlumatına görə, yarımmüdafiəçi Superliqanın bərpasından sonra əsas komandaya cəlb edilib. Buna baxmayaraq, baş məşqçi Okan Buruk gənc oyunçuya şans verməyib. Kaplan “Başakşehir”in iyulun 4-də səfərdə “Antalyaspor”u 2:0 hesabı ilə məğlub etdiyi görüşdə və …

Ətraflı oxu »

Ərdoğana müraciət edən azərbaycanlı “Dünya çempionu” kimdir? (FOTO)

Azərbaycanlı Ruzi Vəliyev və atası Zahid Vəliyev özlərini Uşu idman növündə dünya çempionu və peşəkar mütəxəssis kimi təqdim edir. Hətta iki il öncə  onlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qardaş ölkə millisində çıxış etmək üçün mətbuat vasitəsi ilə müraciət etmişdilər. Z.Vəliyev Türkiyə mətbuatına verdiyi müsahibədə oğlu Ruzi Vəliyevi Uşu idman növündə  …

Ətraflı oxu »

“Neftçi TV” yayıma başlayır

Neftçi” klubunun televiziyası bu gün yayıma başlayır. Qaynarinfo paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ilk efir vaxtı saat 12:00-da start götürəcək. Hər gün saat 12:00-dan 16:00-dək “Youtube” vasitəsilə yayım olacaq.Qeyd edək ki, “Neftçi TV”də klubun gündəlik həyatı ilə bağlı məlumatlar, maraqlı müsahibə və açıqlamalar, müxtəlif əyləncəli proqramlar, əsas komandanın …

Ətraflı oxu »