Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman (səhifə 120)

İdman

“Real Madrid” maaşların azaldılması üçün futbolçularla razılaşdı

İspaniyanın “Real Madrid” klubu maaşların azaldılması ilə bağlı futbolçularla razılığa gəlib. “Report” “Marca”ya istinadən xəbər verir ki, bunun səbəbi koronavirus pandemiyasına görə gəlirin azalmasıdır. Anlaşmaya əsasən, hər oyunçunun məvacibi 10 faiz azalıb. Bundan əlavə, Madrid təmsilçisi qış transfer dönəmində yeni futbolçu almağı düşünmür. Qeyd edək ki, “Real Madrid” La Liqada …

Ətraflı oxu »

Teymur Rəcəbov strategiyasından danışdı

“Finala yüksəldiyim üçün xoşbəxtəm”. Bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib. Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin finalına yüksələn qrossmeyster yarımfinalın Danil Dubovla görüşündəki taktikasına aydınlıq gətirib: “Çalışırdım ki, oyunu bacardığım qədər sakit məcraya daşıyım. Bu da alındı. Mənim matç üçün strategiyam belə idi ki, mümkün qədər darıxdırıcı oyun olsun”. …

Ətraflı oxu »

Messi karyerasını harada davam etdirəcəyi ilə bağlı sualı cavablandırıb

İspaniyanın “Barselona” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi karyerası ilə bağlı gələcək planlarından danışıb. “Report” xəbər verir ki, “La Sexta” nəşrinə müsahibə verən 33 yaşlı hücumçu heç bir klubla danışıq aparmadığını bildirib. Messi deyib ki, mövsümün sonuna qədər heç nə aydın deyil: “Gəlin görən bundan sonra nə olacaq. “Barselona”dan …

Ətraflı oxu »

Levandovski Messi və Ronaldunu qabaqladı

FIFA keçirdiyi sorğuda birinci olaraq dünyanın ən yaxşı futbolçusu seçilən Almaniya “Bavariya”sının hücumçusu Robert Levandovski daha bir mükafat qazanıb. “Report” xəbər verir ki, polşalı forvard İngiltərənin “The Guardian” nəşrinin versiyasına görə 2020-ci ilin ən yaxşı oyunçusu adına layiq görülüb. 32 yaşlı futbolçu İspaniya “Barselona”sından Lionel Messini və İtaliya “Yuventus”undan Kriştianu Ronaldunu …

Ətraflı oxu »

“UEFA apellyasiya şikayətimizi qəbul etmədi, CAS-a müraciət edəcəyik” – Nurlan İbrahimovun vəkili

UEFA tərəfindən “Qarabağ”ın Mətbuat Xidmətinin Rəhbəri Nurlan İbrahimova verilən cəza həddindən artıq sərtdir və hesab edirik ki, UEFA bu qərarı aramsız təzyiq altında qəbul edib. Bunu Oxu.Az saytına açıqlamasında Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev deyib. Vəkil bildirib ki, bununla bağlı qərar qəbul ediləndən sonra UEFA-ya verdikləri apellyasiya şikayəti qəbul edilməyib: “Təəssüf ki, …

Ətraflı oxu »

Premyer Liqamızda lider dəyişdi

Bu gün Azərbaycan Premyer Liqasında 20 günlük fasilə başa çatıb.Klubların heyətində koronavirusa kütləvi yoluxmaya görə təxirə salınmış 12-ci turun bütün oyunları bu gün keçirilib. “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Digər matçda “Sumqayıt” “Zirə” ilə heç-heçə edib – 2:2. “Səbail” isə səfərdə “Keşlə”yə 2:0 …

Ətraflı oxu »

Döyüşdə yaralanan idman jurnalistimiz medalla təltif olundu

Prezident İlham Əliyev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirmiş bir sıra hərbi qulluqçuların “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunması haqda Sərəncam imzalayıb. Qol.az xəbər verir ki, medalla təltif olunan əsgərlər arasında idman jurnalisti, …

Ətraflı oxu »

Daha iki qadın güləşçimiz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha iki qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda mübarizəyə qoşulacaq. Belə ki, 57 kq çəki dərəcəsində Alyona Kolesnik 1/8 finalda İndoneziya təmsilçisi Anşu Anşu ilə üz-üzə gələcək. 65 kq-dakı Elis Manolova isə yarışa 1/4 finaldan başlayacaq. O, moldovalı İrina Rinqaçinin müqavimətini qırmağa çalışacaq. Qeyd …

Ətraflı oxu »

“Sumqayıt”da 10 futbolçunun koronavirus testi pozitiv çıxıb

“Sumqayıt”ın futbolçularının növbəti koronavirus testlərinin nəticələri bəlli olub. Apasport.az saytının məlumatına görə, test verən 16 oyunçudan yalnız altısında nəticələr neqativ olub. Digər 10 futbolçuda isə test növbəti dəfə pozitiv çıxıb. Lakin həmin oyunçuların problemi yaxın günlərdə arxada qoyacağı gözlənilir. Çünki onlar 14 günlük karantin dövrünü bitirməkdədir və yaxın günlərdəki testin …

Ətraflı oxu »

“Real” sabiq müdafiəçisini geri qaytarır

İspaniyanın “Real” klubu Serxio Reqilonu heyətinə qaytaracaq. Apasport.az saytının məlumatına görə, madridlilər 2020-ci ilin yayında İngiltərə “Tottenhem”inə keçən müdafiəçinin müqaviləsindəki bənddən yararlanmaq niyyətindədir. Anlaşmaya əsasən “Kral klubu” futbolçunu geri qaytarmaq hüququna malikdir. Bunun üçün “Real” 45 milyon avro ödəməli olacaq. Qeyd edək ki, 23 yaşlı ispaniyalı cari mövsümdə 12 oyunda …

Ətraflı oxu »