Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Azərbaycanda futbol çempionatının başlanma tarixi dəyişdi

Azərbaycanda futbol çempionatının başlanma tarixi dəyişdi

Peşəkar Futbol Liqası (PFL) Premyer Liqanın yeni mövsümünün başlanma tarixini dəyişib.

Çempionatın ilk turu avqustun 14-15-i aralığında keçirilməyəcək.

Yarışa startı ayın 20-22-si baş tutacaq. PFL təqvimi müəyyənləşdirərkən, avrokubokları və yığmanın UEFA Millətlər Liqasındakı oyunlarını nəzərə alıb.

Belə ki, avqustun 27-də Avropa Liqasındakı təmsilçilərimiz mübarizəyə qoşulacaq. Sentyabrın 5-də isə millimiz ML-da ilk matçına çıxacaq.

Premyer Liqanın ikinci turu sentyabrın 10-dan sonraya qalııb.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …