Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman (səhifə 130)

İdman

Arda Turan “Qalatasaray”a qayıtdı

Türkiyənin “Qalatasaray” klubu sabiq futbolçusu Arda Turanı geri qaytarıb. Bu barədə “NTV Spor”a İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz açıqlama verib. Klub rəhbəri 33 yaşlı yarımmüdafiəçi ilə anlaşdıqlarını bildirib. Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq. Qeyd edək ki, 2004 – 2011-ci illərdə “Qalatasaray”da çıxış etmiş Arda Turanın son klubu “Başakşəhər” olub. …

Ətraflı oxu »

“Qarabağ”ın yeni transferi ulduz futbolçularla eyni sırada

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsində ən çox məhsuldar ötürmə verən futbolçuların adlarını açıqlayıb. “Report”un məlumatına görə, siyahıda “Qarabağ”ın yeni transferi Uroş Matiç də var. Kipr APOEL-i ilə müqaviləsi başa çatdıqdan sonra Ağdam təmsilçisinə keçən serbiyalı yarımmüdafiəçinin aktivində 4 qol ötürməsi var. 30 yaşlı oyunçu bu göstərici ilə İngiltərə “Mançester …

Ətraflı oxu »

“Neftçi”dən Bolqarıstan millisinin futbolçusuna təklif

Bolqarıstan millisinin futbolçusu Martin Raynov “Neftçi”nin maraq dairəsinə düşüb. “Report” “Topsport” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”dan təklif alıb. Amma tərəflər ortaq məxrəcə gələ bilmədiyindən, danışıqlar dayandırılıb. Ölkə xaricində oynamaq istəyən təcrübəli oyunçunun yenidən son klubu Sofiya “Levski”sinə qayıtma ehtimalı da var. Qeyd edək ki, karyerası ərzində …

Ətraflı oxu »

Azərbaycan idmanı karantin rejimi şəraitində – VİDEO

Koronavirus pandemiyası bütün sektor və sahələrə olduğu kimi, idmana da mənfi təsir edib. Təhlükəli virusun yayılması dünyada idman yarışlarınının təxirə salınması ilə nəticələnib. Baş verən hadisələr Azərbaycan idmanından da kənar keçməyib. Baku TV xəbər verir ki, mart ayından etibarən Nazirlər Kabineti yanında operativ qərargahın əmri ilə Azərbaycanda kütləvi idman tədbirlərinin keçirilməsinə …

Ətraflı oxu »

“Qalatasaray” ulduz futbolçusunu satdı

“Qalatasaray” klubunun müdafiəçisi Maykon Pereyra Roke Səudiyyə Ərəbistanına transfer olunub. Publika.az xəbər verir ki, 32 yaşlı braziliyalı müdafiəçi “Əl Nəsr” klubuna keçib. 2019-cu ilin əvvəlindən “Əl Nəsr”də icarədə olan Maykonun bütün transfer hüququ bu kluba keçib. Onun keçidi üçün İstanbul təmsilçisi 1 milyon 430 min avro alacaq. Qeyd edək ki, braziliyalı …

Ətraflı oxu »

Ramil Şeydayevlə bağlı qərar verildi

“Sabah” klubu Ramil Şeydayevlə bağlı qərarını açıqlayıb. Belə ki, 24 yaşlı hücumçu daha bir il “Sabah”da çıxış edəcək. Xatırladaq ki, Azərbaycan millisinin üzvü olan Ramil Şeydayev bu ilin fevral ayında paytaxt klubuna transfer olunub.

Ətraflı oxu »

A seriyasında yeni mövsümün başlama vaxtı müəyyənləşib

İtaliya A seriyasında yeni mövsümün başlanma vaxtı müəyyənləşib.Apasport.az saytının məlumatına görə, çempionatın sentyabrın 19-da start götürməsi nəzərdə tutulub.Bununla bağlı yekun qərar avqustun 4-də verilməlidir. Həmin gün start tarixi təsdiqlənəcək.Qeyd edək ki, A seriyasında cari mövsüm avqustun 1-2-də keçiriləcək oyunlarla başa çatacaq.

Ətraflı oxu »

AFFA bu klublara maliyyə yardımı ayırdı

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. Yığıncaq videokonfrans formatında baş tutub. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub: 1. “Qəbələ” və “Zirə” klublarının müraciətinə əsasən, Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən “Qəbələ” klubuna 1.500.000 (bir milyon beş yüz min), “Zirə” klubuna isə 500.000 (beş …

Ətraflı oxu »

“Yuventus” ardıcıl 9-cu dəfə İtaliya çempionu olub

İtaliya A seriyasında XXXVI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2019/20 mövsümünün çempionu bəlli olub. ƏTRAFLI Red Bull Öz meydanında “Sampdoriya” üzərində qələbə qazanan “Yuventus” sona 2 tur qalmış rəqibləri üçün əlçatmaz olub. Bununla “qoca sinyora” ümumilikdə 36-cı, ardıcıl isə 9-cu çempionluğunu əldə edib. Turin təmsilçisi artıq 3000 gündən …

Ətraflı oxu »

Azərbaycanda futbol çempionatının başlanma tarixi dəyişdi

Peşəkar Futbol Liqası (PFL) Premyer Liqanın yeni mövsümünün başlanma tarixini dəyişib. Çempionatın ilk turu avqustun 14-15-i aralığında keçirilməyəcək. Yarışa startı ayın 20-22-si baş tutacaq. PFL təqvimi müəyyənləşdirərkən, avrokubokları və yığmanın UEFA Millətlər Liqasındakı oyunlarını nəzərə alıb. Belə ki, avqustun 27-də Avropa Liqasındakı təmsilçilərimiz mübarizəyə qoşulacaq. Sentyabrın 5-də isə millimiz ML-da …

Ətraflı oxu »